Aİİ İlahiyyat fakültəsinin dekanı beynəlxalq simpoziumda çıxış edib - FOTO

Aİİ İlahiyyat fakültəsinin dekanı beynəlxalq simpoziumda çıxış edib - FOTO

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İlahiyyat  fakültəsinin dekanı, dosent Elnurə Əzizova Türkiyənin Fırat Universitetinin təşkilatçılığı ilə keçirilən “Din və mədəniyyət simpoziumu: din və sağlamlıq” mövzusunda  beynəlxalq simpoziumunda məruzə ilə çıxış edib.


“Xalq təbabəti metodu kimi Həzrət Peyğəmbər dövründə hacamat” mövzusunda məruzə ilə çıxış edən dosent E.Əzizova erkən dövr İslam tarixi mənbələri əsasında ilk İslam toplumunda ənənəvi xalq təbabəti üsullarından və həmin dövrün tibb ənənəsində hacamatın rolundan bəhs edib.


Məruzəçi hacamatın müsəlmanlara məxsus dini müalicə üsulu olmadığını, dünya tibb tarixində 3500 ildən artıq mövcud olan  qanalmanın islamaqədərki ərəblər arasında da hacamat adı ilə tətbiq edilən xalq təbabəti metodlarından biri olduğunu bildirib. Həmçinin bu sahədə bilik və bacarığı olan şəxslər tərəfindən pasiyentin ümumi sağlamlıq vəziyyəti nəzərə alınaraq, tətbiq olunmasına icazə verildiyini vurğulayıb.


Mövzu ilə əlaqədar 64 elm adamının məruzəsi 7-9 oktyabr 2021-ci il tarixləri arasında dinləniləcək.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]