Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (ARMPK) üzvləri ilə Vətən müharibəsi qaziləri arasında görüş keçirilib

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (ARMPK) üzvləri ilə Vətən müharibəsi qaziləri arasında görüş keçirilib

06 oktyabr 2021-ci il tarixində Şirvan Olimpiya İdman Kompleksində ölkəmizin ərazi bütövlüyü uğrunda vuruşaraq sağlamlığını itirmiş qazilərin paralimpiya hərəkatına cəlb edilməsi məqsədi ilə Vətən müharibəsində şücaət göstərmiş bir qrup qazi ilə görüş keçirilmişdir.


Görüşdə Qarabağ qaziləri Qəmbər Salayev, Həbib Səlhəngov, Fuad Dadaşov, Pərvin Əhmədov və Yusif Əsədov, Milli Paralimpiya Komitəsinin idman şöbəsinin müdiri Rauf Mürsəlov, 2 qat paralimpiya çempionu, atletika idman növü üzrə milli komandanın baş məşqçisi Oleq Panyutin, pauerliftinq idman növü üzrə milli komandanın baş məşqçisi İlqar İbişov, Şirvan şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin stolüstü tennis bölməsinin məşqçisi Anar Abdullayev və məktəbin boks bölməsinin baş məşqçisi Qalib Cahangirov iştirak etmişdir.


R.Mürsəlov qazilərə paralimpiya hərəkatı, mövcud olan yay və qış idman növləri  haqqında ətraflı məlumat vermişdir. O, bildirmişdir ki, müharibə zamanı əlillik alan şəxslər bu günə qədər də ARMPK-nin milli komandalarının tərkibində müxtəlif idman növləri ilə məşğul olaraq ölkəmizi beynəlxalq arenada böyük uğurla təmsil edirlər.


Atletika milli komandasının baş məşqçisi O.Panyutin öz növbəsində qazilərə paralimpiya  hərəkatına qoşularaq həm peşəkar idmanla məşğul olub, eyni zamanda üçrəngli bayrağımızı beynəlxalq idman arenalarında da dalğalandıra biləcəklərini qeyd etmişdir.


Görüşün nəticəsi olaraq Qarabağ qaziləri Paralimpiya hərəkatına qoşulub, idman vasitəsilə ölkəmizi beynəlxalq arenalarda təmsil etməyə hazır olduqlarını bildirmişlər.


Qeyd edək ki, Milli Paralimpiya Komitəsinin üzvlərinin Qarabağ qazilərilə artıq bir sıra görüşləri baş tutmuşdur və bu növ görüşlərin mütamadi olaraq keçirilməsi nəzərdə tutulur.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]