Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) - xəbərləri -

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) - xəbərləri

“Qala Dövlət Tarixi-Etnoqrafiya Qoruğu”na ekskursiya təşkil edilmişdir.


5 may 2012-ci il tarixdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “Qala Dövlət Tarixi-Etnoqrafiya Qoruğu”na Bakı şəhərində yerləşən müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələrin ekskursiyası təşkil edilmişdir.
Tələblərə bələdçi tərəfəindən Qala Tarix-Etnoqrafiya Qoruğunun ərazisində 2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə “açıq səma altında ilk Arxeoloji Etnoqrafik Muzey Kompleksi” yaradılması, kompleksin ərazisində Abşeron yarımadasında aşkar edilmiş arxeoloji, memarlıq abidələri toplanılıb və bərpa olunması haqqında geniş məlumat verildi .
Ekskursiyanın keçirilməsinin əsas məqsədi istedadlı və yaradıcı gənclərin asudə vaxtlarının səmərəli təşkili, tarixi-bədii qoruqlarımızın gənclərə tanıdılması, gənclərə dövlət qayğısının artırılmasından ibarət idi.

 

Spartakiadanın mini-futbol yarışına start verildi.


2 may 2012-ci il tarixdə 200 saylı məktəbin futbol meydançasında Bakı şəhər məktəbliləri arasında

XXIV spartakiadanın proqramına daxil olan mini-futbol üzrə yarışına start verilmişdir. Yarışlar Bakının 11 rayon komandası arasında 2 qrupda dairəvi sistem üzrə keçiriləcəkdir. 2001-2002-ci il təvəllüdlü uşaqlar arasında keçirilən yarışda ümumilikdə 110 nəfər idmançı iştirak edir. Oyunlar 11 may 2012-ci il tarixdə sona çatacaqdır. XXIV spartakiadanın mini-futbol yarışına qədər keçirilən idman növlərinin yekun nəticələrinə görə I yerdə Xətai rayonu (34 xal), II yerdə Səbail rayonu (36 xal), III yerdə Sabunçu rayonu (45 xal), IV yerdə Yasamal rayonu (51 xal), V yerdə Suraxanı rayonu (52 xal), VI yerdə Xəzər rayonu (54 xal), VII Qaradağ rayonu (58 xal), VIII Nərimanov rayonu (60 xal), IX Nizami rayonu (61 xal), X yerdə Binəqədi rayonu (78 xal) və XI yerdə Nəsimi rayonu (68) qərarlaşmışdır.



Akrobatika gimnastikası üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.


Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin keçirdiyi tədbirlər planına müvafiq olaraq Səbail rayon İOEUGGM-də akrobatika gimnastikası üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Birincilikdə “Təhsil” RİM (23 idmançı), 4 №-li İOEUGGM (10 idmançı), 13 №-li İOEUGGM (6 idmançı), “Neftçi” İSM-i (20 idmançı) təmsil edən 59 idmançı (onlardan 27 nəfəri qızlardır) iştirak etmişdir.
Yarışda oğlanlar arasında - qoşa hərəkətlərdə idman ustası üzrə I yerə Elçin Əlibəyov və Emin Gülməmmədli, idman ustalığına namizəd üzrə I yerə Ağasif Rəhimov, Zahid Quluzadə, dördlü hərəkətlərdə idman ustası üzrə I yerə Emin Musayev, Canbaxış Sultanlı, Bəxtiyar İbrahimov, Cəlal İbrahimov, idman ustalığına namizəd üzrə I yerə Məmməd Nuriyev, Orxan İsmayılov, Fuad Nəzərli, Əlinur Məmmədzadə, qarışıq hərəkətlərdə idman ustası üzrə İbrahim Rəcəbli, Emiliya Nəzərli, I dərəcə üzrə I yerə İsmayıl İsmayılov, Nahidə İsmayılova, qızlar arasında – qoşa hərəkətlərdə idman ustasına namizəd üzrə Zəminə Həsənova və Aişə Məmmədova, I dərəcə üzrə I yerə Cəmilə İbrahimli, Əzizə Quliyeva layiq görülmüşlər.
Birincilikdə I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla və xatirə hədiyyələri ilə təltif olunmuşlar.



Motokross üzrə Bakı şəhər çempionatı keçirilmişdir.


27-29 aprel 2012-ci il tarixdə Lökbatan qəsəbəsində (Hocahəsən yolu) Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən gənclər arasında 125 sm3 həcmli motosikletlərdə motokross üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Çempionatda Motosiklet İdman Federasiyasını təmsil edən 23 idmançı iştirak etmişdir.
Gərgin gedən mübarizədən 125 sm3 həcmli motosikletlərdə 1-ci yerə Nail Mustafayev, 2-ci yerə Əli Məmmədov, 3-cü yerə Asif Musayev layiq görülmüşlər.
Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

 


Varşava şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilmişdir


Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ezam olunmuş Bakı şəhər yığma komandası Polşanın Varşava şəhərində bədii gimnastika üzrə keçirilən beynəlxalq turnirdə iştirak etmişdir. Bir çox ölkələrin idmançılarının qatıldığı bu turnirdə 2 idmançımız yüksək nailiyyətlər əldə etmişdir. Belə ki, İbrahimova Leyli II yerə, Ağayeva Aydan isə III yerə layiq görülmüşlər. İdmançılarımızı təbrik edirik!

 

 

 

 

 

 

 

 

 

 

 

 


Sambo üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.


Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Hövsan Olimpiya İdman Kompleksində 2000-2001-ci il təvəllüdlü idmançılar arasında sambo üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Yarışda 12 çəki dərəcəsində, 16 cəmiyyət və idman klubunu təmsil edən 127 idmançı iştirak etmişdir.
Yarışda 30 kq çəki dərəcəsində I yerə Babayev Kənan (Neftçi İSM), 32 kq çəki dərəcəsində I yerə Səlimov Əmrah (Hövsan OİK), 35 kq çəki dərəcəsində I yerə Bayramlı Rəhim (11 №-li UGİM), 38 kq çəki dərəcəsində I yerə Ağcayev Vüqar (16 №-li UGİM), 41 kq çəki dərəcəsində I yerə Cəfərli Əli (11 №-li UGİM), 45 kq çəki dərəcəsində I yerə Hidayətli Elğün (Neftçi İSM), 49 kq çəki dərəcəsində I yerə Abbasov Ramiz (Neftçi İSM), 53 kq çəki dərəcəsində I yerə Niftəliyev Vüqar (11№-li UGİM), 57 kq çəki dərəcəsində I yerə Əliyev Soltan (Neftçi İSM), 62 kq çəki dərəcəsində I yerə Nəcəfov Asif (Neftçi İSM), 67 kq çəki dərəcəsində I yerə Əlizadə Elnur (16 №-li UGİM), +67 kq çəki dərəcəsində I yerə Cəlilzadə Xəlil (11 №-li UGİM layiq görülmüşlər.
Birincilikdə I, II və III yerlərə layiq görülmüş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olumuşlar.


İdmançılarımızın növbəti uğuru


25-29 aprel 2012-ci il tarixdə Sankt-Peterburq şəhərində şərq-qərb döyüş sənətlərinin VI olimpiadası keçirilmişdir. 44 ölkənin idmançılarının qatıldığı yarışda Bakı şəhər Gənclər və İdman Baş idarəsi tərəfindən ezam olunmuş “Neftçi” İSM-in iki idmançısı Mustafa Məmmədov və İlkin Qurbanov uşu növü üzrə yüksək nəticələr göstərmişlər. Yeniyetmə və gənclər arasında Mustafa Məmmədov daoşu üzrə (əyri qılınc texnikası) I yerə, duylən üzrə (qarşılıqlı döyüş) II yerə, şuanbin üzrə (9 halqalı zəncir) III yerə, kişilər arasında İlkin Qurbanov şuanbin və duylən üzrə II yerə, qunşu üzrə (ağac texnikası) III yerə layiq görülmüşlər.
İdmançılarımızı təbrik edirik!

 

 

 

 


"Xəmsə" Milli İntellektual Oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirildi


30 aprel 2012-ci il Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Gəncliyə Yardım Fondunda "Xəmsə" Milli İntellektual Oyununun V Azərbaycan çempionatının Bakı şəhəri üzrə zona mərhələsi keçirildi. Tədbirdə Gəncliyə Yardım Fondunun vitse prezidenti Salman Əliyev, Baş İdarənin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov və kütləvi bədən tərbiyəsi sektorunun baş məsləhətçisi Salman Əbdülov iştirak etmişlər.
Oyunda yaşı 18-dən 29-dək olan gənclərdən ibarət, hər birində 5 əsas və 2 ehtiyat oyunçu olan komandalar iştirak edirdi. Bakı şəhəri üzrə zona mərhələsində Bakı şəhərinin 11 rayon komandası ilə yanaşı Abşeron (2 komanda) və Sumqayıt (3 komanda) şəhərinin komandaları da iştirak edirdi.
Oyunun keçirilməsində məqsəd gənclərin intellektual səviyyələrinin artırılması, intellektual oyunların gənclər arasında təbliğ olunması, eləcə də onların asudə vaxtlarının səmərəli və maraqlı təşkil edilməsindən, eyni zamanda “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsini təmin etməkdən ibarətdir.
Yarışın yekun nəticəsinə əsasən I yerə Abşeron rayon komandası, II yerə Sumqayıt şəhər komandası, III yerə isə Nəsimi rayon komandası layiq görülmüşlər.
Oyunda mükafata layiq görülən hər bir komanda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olundular.
Qeyd etmək istərdik ki, Bakı şəhəri üzrə zona mərhələsində mükafata layiq görülmüş komandalar "Xəmsə" Milli İntellektual Oyunu üzrə Azərbaycan Çempionatının final mərhələsinə vəsiqə qazanmişlar.


“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilmişdir.


28 aprel 2012-ci il tarixdə C.Naxçıvanski adına Hərbi Liseydə Bakı şəhər Gənclər Və İdman Baş İdarəsi tərəfindən təşkil olunmuş “Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilmişdir. Tədbirdə Baş İdarənin rəisi Raqif Abbasov, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin sədri general-mayor Novruzəli Orucov, Gənclər İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəmməd Bayramov iştirak etmişlər.
“Şahin” hərbi-idman oyununun komandaları X-Xİ sinif şagirdləri arasında keçirilmişdir. Komandaların tərkibi 17 nəfərdən (13 oğlan, 4 qız) ibarət olmuşdur. Yarışda komandalar sıra hazırlığı, darağa patron doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açmaq, fiziki hazırlıq, maneənin dəf olunması, mülki müdafiə hazırlığı və sanitarların yarışı kimi mərhələlərdə öz qüvvələrini sınayıblar. Nəticələrə görə I yerə Nizami rayonu 220 saylı orta məktəb, II yerə Xətai rayonu 138 saylı orta məktəb, III yerə isə Binəqədi rayonu 284 saylı orta məktəb layiq görülmüşlər.
Yarışlarda I, II və III yerləri tutmuş komandalar “Şahin” hərbi-idman oyununun finalında iştirak etmək hüququnu qazanıblar. “Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsində Bakı şəhərinin 11 rayonu ilə yanaşı Şuşa, Laçın və Zəngilan rayonlarının komandalari da iştirak ediblər.
I, II və III yerləri tutmuş komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

 

Şotokan karate-do üzrə Bakı şəhər açıq kuboku keçirilmişdir.


Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq 12 saylı İOEUGİM-də şotokan karate-do üzrə Bakı şəhər açıq kuboku keçirilmişdir. Ümumilikdə yarışda 76 nəfər idmançı iştirak etmişdir
Yarışın nəticələrinə görə 18 yaşdan yuxarı komandalar arasında kata növü üzrə I yerə Bakı-1, II yerə Qaradağ, III yerə Xocəvənd, kumite növü üzrə I yerə Bakı-1, II yerə Nəsimi, III yerə Nərimanov, 16-17 yaş komandalar arasında kumite növü üzrə I yerə Nəsimi, II yerə Qaradağ, III yerə Sabunçu, kata növü üzrə I yerə Nəsimi, II yerə Sabunçu, III yerə isə Bakı-1 layiq görülmüşlər.
Yarışda I, II və III yeri tutmuş komandalar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşar.


27 04 2012 saat: 13:50XXIV spartakiadanın basketbol növü üzrə yarış davam edir


18 aprel 2012-ci il tarixdən Nizami rayonu 61 saylı məktəbin idman zalında start götürən Bakı şəhəri məktəbliləri arasında XXIV spartakiadanın proqramına daxil olan basketbol (oğlanlar arasında) növü üzrə yarışlar davam edir. Yarışlar 2 qrupda dairəvi sistem üzrə keçirilir. Yarışlarda paytaxtın 11 rayonunun qalib komandaları iştirak edirlər. Respublika dərəcəli hakim Aydın Ağaəliyevin rəhbərlik etdiyi hakimlər kollegiyası tərəfindən idarə olunan yarışların final oyunu aprel ayının 26-da keçiriləcəkdir.
17-20 aprel 2012-ci il tarixlərdə Az.DBTİA-nın stadionunda Bakı şəhəri məktəbliləri arasında keçirilən XXIV spartakiadanın proqramına daxil olan dördnövçülük (qızlar və oğlanlar arasında) növü üzrə yarışlar başa çatmışdır. Paytaxtın 11 rayonunun qalib komandalarının qatıldığı yarışın proqramına 60 m və 500 (800) m məsafələrə qaçış, uzunluğa tullanma və top atma növləri daxil edilmişdir.
Nəzərinizə çatdırırıq ki, XXIV spartakiadanın dama, şahmat, stolüstü tennis, voleybol (qızlar və oğlanlar), basketbol (qızlar) və dördnövçülük (qızlar və oğlanlar) növləri üzrə yarışlarından sonra yekun nəticələrə görə 31 xalla Xətai və Səbail rayonları I-II yerlərdə, 43 xalla Sabunçu rayonu III yerdə qərarlaşmışlar.

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !