Prokurorluq işçiləri üçün keçirilən tədris tədbirləri davam etdirilir

Prokurorluq işçiləri üçün keçirilən tədris tədbirləri davam etdirilir

Cari ilin avqust ayının 13-dən başlayaraq Baş Prokurorluğun Elm-Tədris Mərkəzində prokurorluq işçilərinin nəzəri və peşə hazırlığının artırılması, qanunvericiliyə edilən dəyişikliklərin mənimsənilməsi, vahid təcrübənin formalaşdırılması, insan hüquq və azadlıqlarının müdafiəsi problemlərinin öyrənilməsi məqsədi ilə müxtəlif aktual mövzuları əhatə edən silsilə tədris tədbirləri davam etdirilir.


08.10.2021-ci il tarixdə Zoom proqramı vasitəsi ilə onlayn şəkildə növbəti tədris tədbiri keçirilmişdir. Tədbirdə dinləyici qismində Baş Prokurorluğun və Bakı şəhər prokurorluğunun, eləcə də tabe 25 şəhər və rayon prokurorluqlarının əməkdaşları, təlimçi qismində isə Elm-Tədris Mərkəzinin əməkdaşları ilə yanaşı Baş Prokurorluğun aidiyyəti qurumlarının işçiləri iştirak etmişlər.


Tədbir çərçivəsində “Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər üzrə ibtidai araşdırma zamanı sübutların toplanılması, rəsmiləşdirilməsi, baxış, axtarış, şəxsi axtarış və götürmənin aparılması, hal şahidlərin iştirakı ilə əlaqədar, eləcə də istintaq təcrübəsində mövcud olan digər aktual problemlər və onların həlli yolları” və “Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ, insan hüquqları ilə bağlı qanunvericilik aktları, dövlət proqramları və beynəlxalq sənədlər” adlı mövzular üzrə tədris keçirilmiş, habelə qanunvericilikdə edilmiş mühüm dəyişikliklər, qüvvəyə minmiş yeni normativ hüquqi aktlar, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenum qərarları barədə ətraflı məlumatlar verilmişdir.


Tədbirin yekunu üzrə müzakirə zamanı dinləyicilər tədris edilmiş mövzulardan razı qaldıqlarını ifadə etmişlər.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]