Xalq artisti bacısı oğlunun həbs qərarını TƏKZİB ETDİ
Bu xəbəri paylaş
Xalq artisti bacısı oğlunun həbs qərarını TƏKZİB ETDİ
Xalq artisti Brilliant Dadaşovanın bacısı oğlu Zaur Mahmudov 5 il müddətinə həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin satışında ittiham edilən 1973-cü il təvəllüdlü Mahmudov Zaur Arif oğlu barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilərək, məhkəmə zalında həbs olunub.
Xalq artisi Modern.az-a açıqlamasında məhkəmənin qanuni qüvvəyə minmiş hökmünü təkzib edib:
“Bu məlumatların hamısı yalandır. Bacım oğlu həbs edilməyib”.
Çəkilişə hazırlaşdığını deyən Brilliant Dadaşova bu barədə əlavə danışmaq istəmədiyini bildirərək, telefonu qapadıb.
Qeyd edək ki, Zaur Mahmudov Brilliant Dadaşovanın bacısı Lalə Dadaşovanın oğludur. Lalə Dadaşovanın digər oğlu 2015-ci ildə xəstəlikdən vəfat edib.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)