Ocaqnejad Bakını tərk edib - Səfirlikdən açıqlama

Ocaqnejad Bakını tərk edib - Səfirlikdən açıqlama

Ocaqnejad Bakını tərk edib - Səfirlikdən açıqlama

 

 

İranın Azərbaycandakı səfirliyi ölkənin Ali dini lideri Xameneinin Bakıdakı nümayəndəsi höccətülislam Seyid Əli Əkbər Ocaqnejadın Bakıdakı ofisinin bağlanmasına münasibət bildirib.

 

Səfirlikdən BBC News Azərbaycancaya verilən məlumata görə, Xameneinin Azərbaycandakı nümayəndəsi Ocaqnejad bir aydır ki, Tehrandadır.

 

Səfirlikdən eyni zamanda qeyd olunub ki, sözügedən məscid və ofisin bir-birindən ayrı giriş-çıxışı var.

 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin oktyabrın 5-də yaydığı məlumata görə, günorta saatlarında polis əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə ofisin yerləşdiyi Hüseyniyyə məscidinə baxış keçirilib və ibadət yerinin fəaliyyəti dayandırılıb. Buna səbəb isə təhlillər nəticəsində şəhərin bir neçə yerində, həmçinin Hüseyniyyə məscidində son günlər COVID-19 virusuna yoluxanların sayının artmasıdır. 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]