Azərbaycan və Türkiyə hərbçiləri gələn həftə Naxçıvanda birgə təlim keçirəcək

Azərbaycan və Türkiyə hərbçiləri gələn həftə Naxçıvanda birgə təlim keçirəcək

Türkiyə Silahlı Qüvvələri erməni işğalından azad edilmiş Azərbaycan ərazilərində mina axtarışı, minatəmizləmə və zərərsizləşdirmə fəaliyyətinə dəstək verməkdə davam edir.

 

 

Avopa.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmisi Pinar Kara açıqlama verib.

Açıqlamada deyilir: "Türkiyə və Azərbaycan arasında ortaq fəaliyyət, təlim planlaşdırılması və idarəetmənin uyğun hala gətirilməsi üçün “Qardaş briqada” layihəsi başladılıb. Hazırda Azərbaycan Silahlı Qüvvələrində bu ölkənin şəxsi heyəti ilə birlikdə təlim fəaliyyətləri davam etdirilir. Naxçıvanda 5-8 oktyabr tarixlərində “Sarsılmaz qardaşlıq-2021” birgə döyüş atışlı taktiki təlimi baş tutacaq".

Kara bildirib ki, təlimin məqsədi Türkiyə ilə Azərbaycanın Quru Qoşunları arasında dostluq, əməkdaşlıq və koordinasiyanı inkişaf etdirməkdir:

"Azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik".

Pinar Kara Azərbaycan-İran arasında yaşanan gərginliyə də münasibət bildirib: "Bölgədə baş verən prosesləri yaxından izləyirik"  

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]