Əlahiddə Ümumqoşun Orduda ixtisas hazırlığı kursları başa çatan gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar (+FOTO=8, +VİDEO)

Əlahiddə Ümumqoşun Orduda ixtisas hazırlığı kursları başa çatan gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar (+FOTO=8, +VİDEO)

Əlahiddə Ümumqoşun Orduda ixtisas hazırlığı kursları başa çatan gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar  (+FOTO=8, +VİDEO)

 

Mərasimdə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himnimiz səsləndirilib.

 

Çıxış edən zabit, əsgər və valideynlər Vətən Müharibəsində qazanılan təcrübə ilə keçirilən məşğələlərdə peşəkarlaşan gənc əsgərlərə xidmətlərində uğurlar arzulayıblar.

 

General-leytenant Fazil Ağalarov ixtisas hazırlığı kurslarını uğurla başa vurmaları münasibətilə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdırıb və muxtar respublikamızda ordu quruculuğu istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, dövlət qayğısı ilə bütün birləşmə və hissələrdə, yüksək dağlıq şəraitdəki mövqelərdə müasir xidmət şəraiti yaradılıb. Şəxsi heyətin döyüş hazırlığının artırılması üçün plana uyğun təlim və məşğələlər keçirilir. Bütün bunların nəticəsində Vətən Müharibəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da iştirak edərək torpaqlarımızın azad edilməsi uğrunda şücaət göstəriblər. İnanırıq ki, bu gündən döyüş növbətçiliyinə cəlb olunacaq əsgərlərimiz də Vətən Müharibəsində şücaətləri ilə seçilən hərbi qulluqçularımız kimi torpaqlarımızın müdafiəsində cəsarətlə dayanacaqlar.

 

Çıxışların ardından əsgərlər müxtəlif hərbi ixtisaslar üzrə qazandıqları bilik və bacarıqları nümayiş etdiriblər.

 

Yolasalma mərasimi şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]