"Siz məni necə görmək istəyirsinizsə, mən eləyəm" Ayan Babakişiyeva ilə "Üzə-düz" - VİDEO

"Siz məni necə görmək istəyirsinizsə, mən eləyəm" Ayan Babakişiyeva ilə "Üzə-düz" - VİDEO

Ayan Babakişiyeva-MTV Azərbaycan- “Üzə-düz” verilişi

 

 


“Mən çalışdım ki, Selena sevgi ilə böyüsün, heç bir boşluğu hiss etməsin. Çox mərhəmətli uşaqdır. Nə xoş ki mənə belə mərhəmətli övladım var. Çox yazılar oxuyuram, bəs qız övladı böyüdürsüz, bəs elə-belə! Ümumiyyətlə, nə heç kim heç kimin həyatın görür, nə də onun həyatını yaşayır. Düşünürəm ki, mənim həyatımı yaşaya da bilməzlər. Siz məni necə görmək istəyirsinizsə, mən eləyəm. Onlar məni görmək istədikləri kimiyəm. Dəyişmək kimi ehtimalım da ola bilməz. Mənim dostlarım məni belə tanıyır, geri qalanlar vecimə də deyil. Qismət amma çox istəyərəm ailəm, ikinci övladım olsun. Amma mənə Selena da yetər. Sevgi övladı olaraq doğuldu. Ikinci dəfə nikah barədə qəti bir fikrim yoxdur. Bu zaman, qismət işi, alın yazısıdır. Gözləmədiyin anda elə bir hadisə baş verə bilər ki sən ona yox deyə bilmərsən... Vallah seçici deyiləm. Bugünkü boşanma statistikasına baxanda görürük ki, çoxusu valideyn təsiri altına düşür. Amma hər şey gəlib dayanır maddiyatda. Deyirlər soğan-çörək yeyin amma hüzurum olsun. Vallah hüzur soğan çörəkdə deyil. Bir az real olun, mən sizin ürəyinizdən keçənləri deyirəm, sonra siz məni qınayırsınız. Qadının da tələbləri, kişinin də psixoloji gərgin anları olur...  ”
 


“Atamı 8 yaşımda ikən itirmişəm. O, avtomobil qəzasında dünyasını dəyişdi. Hər kəs valideyn ola bilmir. Atam haqqında çox danışmaq istəmirəm, yaxşı ki anam bizim anamız olub. Bizə o yoxluğu hiss etdirməyib. Atasız böyüsəm də, mənim özüm ayaq üstə dayana bilirəm, ağlım, iradəm yerindədi. Kim məni pis yola çəkə bilər? Heç kim! Insanın öz qabında olmalıdır. Anam mənə o qədər dəstək olub ki, ataya ehtiyac duymuram!”
 


“Nadir Qafarzadə ilə yayılan görüntülərə də münasibət bildirmək istəyirəm. Bir insandan soruşurlar. Necəsən? Deyir, kiminə görə yaxşıyam, kiminə görə pisəm. Kiminə görə gözəl və ya çirkinəm. Kimi üçün vicdanlı və ya vicdansızam. Məni necə görmək istəyirsinizsə, mən eləyəm. O insanların fikri mənə önəmli deyil. Bir insanın xarakteri necədirsə, onun həyata baxışı da elədir. Mən onu dəyişə bilmərəm. Pis insanlar mələyi də şeytan görürlər. Onların fikrini dəyişməyə nə həvəsim, nə də vaxtım yoxdur! Bu şou dünyasıdır və burda hər şey baş verir. Hər kəsin özəl həyatı var. O insanlar da bizi bilir. Mən özümü tanıyıram? Mənə yetər!”
 


“Pandemiyada biznesim batdı. Gəncədəki gəlinlik mağazam bağlandı. Ora da müəyyən qədər sərmayə yatırmışdım. Bir çox biznesim batdı. Olsun, qismət bu imiş, nə edim?! ”
 


“Həmişə demişəm ki, mənim həyatımda olan insan məndən 10 qat artıq güclü olmalıdır. Və mən hiss etməliyəm ki, mənim həyatımda əsl kişi var. Zaman var idi ki, özəl həyatımdan ağız dolusu danışırdım. Indi susacam ancaq. Bu mənim şəxsi həyatımdır. Hər zaman sevilən qadın olmuşam”.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]