Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gömrükçünün xatirəsi yad edilib (VİDEO-FOTO)

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gömrükçünün xatirəsi yad edilib (VİDEO-FOTO)

Bu gün gömrük əməkdaşları Anım Günü münasibətilə İkinci Fəxri xiyabanı ziyarət edib.
 

Gömrükçülər Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gömrük əməkdaşı Ülvi Hacıyevin məzarına əklil qoyub, xatirəsini ehtiramla yad ediblər.
 

Xiyabanda uyuyan digər şəhidlərimizin də məzarları ziyarət edilib, bütün şəhidlərimizin xatirəsinə ehtiram ifadə olunub.
 

Sonra gömrük əməkdaşları Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyinin inzibati binasına gələrək, burada Ülvi Hacıyevin xatirəsinə ucaldılmış büstün qarşısına əklil qoyublar.
 

Anım mərasimində Ülvi Hacıyevin həyat yolu barədə məlumat verilib, onun bütün gömrük əməkdaşları üçün vətənpərvərlik nümunəsi olduğu və xatirəsinin daim yaşadılacağı vurğulanıb.
 

26 yaşında şəhidlik zirvəsinə ucalan Ülvi Hacıyev Vətən müharibəsinə könüllü yollanıb. Füzuli, Cəbrayıl, Xocavənd rayonları və Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Ülvi Hacıyev oktyabrın 19-da Şuşa şəhəri yaxınlığında döyüşlər zamanı şəhid olub.
 

Ülvi Hacıyev "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]