Pedaqoji Universitetdə Vətən müharibəsi Şəhidləri anıldı - FOTO

Pedaqoji Universitetdə Vətən müharibəsi Şəhidləri anıldı - FOTO

Sentyabrın 27-də, saat 12:00-da bütün ölkə ərazisində olduğu kimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) əsas tədris binasında da Vətən müharibəsi Şəhidlərinin anım günü münasibətilə mərasim keçirilib.


Mərasim Ulu öndər Heydər Əliyevin universitetdə yerləşən abidəsi önündə keçirilib. Pedaqoji Universitetin rəhbərliyi və ali təhsil müəssisəsinin müvafiq struktur bölmələrin rəhbərlərinin iştirak etdiyi tədbirdə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhadətə ucalan qəhrəman oğullarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edilib.


Daha sonra universitetin rektoru, professor Cəfər Cəfərov nitq söyləyərək Vətən uğrunda canından keçən müqəddəs şəhidlərimizin hər birimizin qəlbində daim yaşayacağını və hamımızın onlara borclu olduğumuzu bildirib. Rektor həmçinin, qeyd edib ki, Vətən müharibəsində şəhid olmuş üç min nəfərə yaxın qəhrəman övladlarımız arasında ADPU-nun da tələbə və məzunları yer alır. Belə ki, universitetin 12 nəfər tələbə və məzunu Vətən müharibəsində şəhadətə yüksəlib.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]