Haaqa şəhərində 27 sentyabr – Anım Günü qeyd edilib - FOTO

Haaqa şəhərində 27 sentyabr – Anım Günü qeyd edilib - FOTO

Haaqa şəhərində fəaliyyət göstərən Hollanda–Azərbaycan Türk Kültür Dərnəyinin təşkilatçılığı ilə 27 sentyabr – Anım Gününə həsr olunmuş mərasim keçirilib.
 

Azərbaycan torpaqlarının azad edilməsi və ərazi bütövlüyünün təmin olunması uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edildiyi anım mərasimi Haaqadakı Məsumlar və Əhlibeyt məscidlərinin imamları Seh Mehmet və Türkcan Akbalın Qurani-Kərimdən oxuduqları ayələr və dualarla davam edib.
 

Tədbirdə dərnəyin idarə heyətinin üzvü Yasin Zeynallı, dərnəyin sabiq rəhbərlərindən biri olan Fərhad Atəş, Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov, Niderland–Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva, Niderland–Azərbaycan “Odlar Yurdu” Cəmiyyətinin sədri Firəngiz Bağırova, Real TV-nin Niderlanddakı xüsusi müxbiri Xatirə Sərdarqızı çıxış ediblər. Onlar 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən Silahlı Qüvvələrimizlə qürur duyduqlarını, şəhidlərimizin  xatirəsinin daim uca tutulacağını , onların qəhrəmanlıqlarının heç zaman unudulmayacağını bildiriblər.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]