Gülağa Tənha : Bu gün xalqımız 27 sentyabrı bütün şəhidlərimizin Anım Günü kimi ehtiramla yad edir.

Gülağa Tənha : Bu gün xalqımız 27 sentyabrı bütün şəhidlərimizin Anım Günü kimi ehtiramla yad edir.

 Bu gün xalqımız 27 sentyabrı bütün şəhidlərimizin Anım Günü kimi ehtiramla yad edir. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezidentimiz cənab İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. Hərbi quruculuq işi dövlət siyasətimizin strateji prioritetlərindəndir. Artıq Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.
İkinci Qarabağ müharibəsinin Azərbaycan xalqının, dövlətinin şanlı tarixi olduğunu qeyd edən millət vəkili müqəddəs Zəfərə aparan yolun böyük çətinliklərdən keçdiyini, lakin xalq-lider-ordu birliyinin bütün maneələrə sinə gərərək tarixi qələbəyə imza atdığını bildirib:
Cənab Prezidentin də qeyd etdiyi kimi İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Azərbaycan Prezidenti, xalqımız, döğvlətimiz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadı, güc topladı, ordumuzu, ölkə iqtisadiyyatını gücləndirdi, ölkəmizin nüfuzunu qaldırdı və öz tarixi missiyasını şərəflə, cəsarətlə yerinə yetirdi. Düşmən üzərində mütləq qələbə çalmaqla, ərazi bütövlüyünü bərpa etməklə Azərbaycan həm də beynəlxalq hüququn norma və prinsiplərini, ilahi ədaləti bərqərar etdi, haqqa, ədalətə xitmət edən gücün nümunəsini yaratdı.
Dövlətimizin başçısı xalqa müraciətində Azərbaycanın prinsipial və vazkeçilməz mövqeyini bir daha ifadə edərək, ölkəmizdə “Dağlıq Qarabağ” adlı inzibati ərazinin mövcud olmadığını bildirdi və qeyd etdi ki, əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın, biz də onu tanıyarıq, ancaq Azərbaycanda yox! Bu məsələ öz həllini tapdı. Bunu mən deyirəm - Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaqdır. Bəli, hər kəs xalqının iradəsinə, ədalətə, haqqa, beynəlxalq hüquqa söykənərək 30 ilə yaxın davam edən işğala, diplomatik və siyasi riyakarlığa, süründürməçiliyə, milli qürurumuzun aşağılanmasına son qoyan liderlə hesablaşmalıdır.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)