MEK-də 27 sentyabr - Anım Günü qeyd olunub +FOTO=14

MEK-də 27 sentyabr - Anım Günü qeyd olunub +FOTO=14

MEK-də 27 sentyabr - Anım Günü qeyd olunub +FOTO=14

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 27 sentyabr - Anım Gününə həsr olunumuş tədbir keçirilib.

 

MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fondunun təşkilatçılığı ilə baş tutan tədbirdə şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, AMEA-nın elmi-tədqiqat institutlarının rəhbər heyəti, elm xadimləri və KİV nümayəndələri iştirak ediblər.

 

Öncə MEK-in foyesində quraşdırılmış monitorda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti dinlənilib, saat 12:00-da Vətən müharibəsində şücaətlə vuruşmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Anım Günü münasibətilə keçirilən tədbiri giriş sözü ilə açan AMEA MEK-in baş direktoru, professor Məmməd Əliyev qeyd edib ki, bir il əvvəl sentyabrın 27-də Azərbaycan, ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsinə, haqq və şərəf mübarizəsinə başladı.

 

“Azərbaycan Prezidenti ən doğru zamanda ən doğru qərarı qəbul etməklə xalqımızın tarixi qələbəsini təmin etdi. Bu ölkənin vətəndaşı olaraq hər birimiz 44 günlük haqq savaşı boyunca bizlərə sevinc, fərəh, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə, şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinə, bir ömür boyu minnətdar olmalıyıq. Bu tarix həm də Vətəni necə sevməyin, torpağı necə qorumağın yolunu göstərən vətənpərvərlik rəmzidir. Şəhidlər azadlıq carçısı, əbədiyyət yolçusudurlar. Əsrlər ötsə, nəsillər bir-birini əvəz etsə də onların adları tarixin yaddaşından silinməyəcək, müqəddəs ruhları insanları daha parlaq gələcəyə, qələbədən qələbəyə, zəfərdən zəfərə aparacaq”- deyə professor Məmməd Əliyev qeyd edib.

 

Baş direktor onu da vurğulayıb ki, MEK-in təşəbbüsü ilə yaradılan “Qarabağ müharibəsi qəhrəmanları” fondu şəhidlərimizin xatirəsinə sonsuz ehtiramın bariz nümunəsidir. Qeyd olunub ki, Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçıları haqqında ictimaiyyətin kifayət qədər dolğun məlumatlandırılmasını təmin etmək məqsədilə ardıcıl və davamlı tədbirlər həyata keçirən fonda şəhidlərimizin yaxınlarının sıx-sıx ziyarəti burada yaradılan şəraitdən və aparılan işlərdən məmnunluğun əyani təsdiqidir.
Tədbirdə geniş məruzə ilə çıxış edən, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, t.ü.f.d., professor Cəbi Bəhramov öncə erməni faşizminin tarixi köklərinə nəzər salaraq müxtəlif dövrlərdə Azərbaycanın torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində azərbaycanlılara qarşı törədilən təxribatları, soyqırımları nəzərə çatdırıb. Professor, həmçinin, erməni faşizminin ifşası altında müxtəlif zaman kəsiyində AMEA-da çalışmış alimlərin müstəsna xidmətlərindən bəhs edib. Alim, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən danışıb. Böyük Zəfəri tarixi nöqteyi-nəzərdən tədqiq və analiz etməyin heç də asan olmadığını bildirib. Professor Cəbi Bəhramov AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun bu istiqamətdə fəaliyyət dairəsinin çox geniş olduğunu xatırladaraq, həmin savaşdakı Zəfərimizin tarixi ilə bağlı çox ciddi və gərgin iş aparıldığını da vurğulayıb.

 

Anım tədbirində Vətən müharibəsində qəhrəmancasına vuruşmuş şəhidlərimizin yaxınları, qazilər də çıxış ediblər. Şəhid polkovnik Babək Səmidlinin bacısı, MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fondunun müdiri Röksanə Səfərzadə, şəhid Vüsal Vəliyevin qardaşı, AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, f.ü.f.d. Əpoş Vəliyev, qazi Mir Kənan Kərimov çıxışlarında qəhramanlıqları ilə adlarını Zəfər tarixinə yazan igid döyüşçülərimizlə bağlı xatirələrini bölüşüblər. Çıxışçılar Prezident İlham Əliyev tərəfindən 27 sentyabr- Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncamı şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisi olduğunu vurğulayıblar.

 

Tədbir zamanı MEK tərəfindən hazırlanmış 27 sentyabr- Anım Gününə həsr olunan videoçarx nümayiş olunub.
Sonda qonaqlar Birinci və İkinci Qarabağ müharibəsinə həsr edilmiş kitablardan ibarət sərgiyə baxıblar, bir neçə ay əvvəl istifadəyə verilmiş “Qarabağ müharibəsi qəhrəmanları” fondu ilə yaxından tanış olublar.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]