İsmayıllıdan olan şəhid ailələrinin üzvləri Hərbi Qənimətlər Parkını ziyarət ediblər - FOTO

İsmayıllıdan olan şəhid ailələrinin üzvləri Hərbi Qənimətlər Parkını ziyarət ediblər - FOTO

27 sentyabr Anım günü ilə əlaqədar İsmayıllıda silsilə tədbirlər həyata keçirilir. Bununla əlaqədar 24 sentyabr 2021-ci il tarixində  İsmayıllı rayonundan olan  bir qrup şəhidlərin valideynləri Bakı şəhərində yaradılm Hərbi Qənimətlər Parkına səfər edib.
 

Tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunub.
 

Şəhid ailələrinin arzusu ilə reallaşan bu səfərdə onlar 2020-ci il sentyabrın 27-dən noyabr ayının 10-dək davam edən Vətən müharibəsində düşməndən hərbi qənimət olaraq götürülən silah və sursatları, hərbi texnikası, habelə Müzəffər Silahlı Qüvvələrimiz tərəfindən darmadağın edilən “keçilməz istehkamları”nın maketləri ilə tanış olublar. Ziyarətçilərə parkda nümayiş olunan eksponatlar, onların yaradılması tarixi barədə məlumat verilib.
 

Ziyarətçilər təşkil olunan bu tədbirə görə minnətdarlıqlarını bildiriblər.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]