Bakıda İranın Müqəddəs Müdafiə Həftəsi ilə bağlı mərasim keçirildi - FOTO

Bakıda İranın Müqəddəs Müdafiə Həftəsi ilə bağlı mərasim keçirildi - FOTO

Bu gün Bakıda İran-İraq müharibəsinin başlamasının 41-cu ildönümünə həsr olunan İran İslam Respublikasının Müqəddəs Müdafiə həftəsi ilə bağlı mərasim keçirilib.
 

Mərasimdə  İran İslam Respublikasının səfiri, Azərbaycan Respublikasının müdafiə və müdafiə sənayesi nazirlərinin müavinləri və digər siyasi rəsmilər, eləcə də xarici ölkələrin  Azərbaycan Respublikasındakı hərbi attaşeləri, İranın Azərbaycanda fəaliyyət göstərən rəsmi qurumlarının nümayəndələri iştirak ediblər.
 

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyyid Abbas Musəvi mərasimdə çıxış edərək, bildirib ki, İran xalqı 41 il öncə baş vermiş müharibədə bütün çətinliklərə sinə gərərək, ölkələrinin müqəddəs müdafiəsinə qalxıb və bu müharibədə qalib gəlib.
 

Müsəvi qeyd edib ki, İran İslam Respublikası hazırda hərbi cəhətdən dünyanın ən qüdrətli ölkələrindən biri hesab olunur və ölkənin müdafiə sənayesi nəzərəçarpacaq inkişaf yolunu keçib.
 

O, həmçinin, İranın hərbi qüdrətinin həmişə regionda sülh və təhlükəsizliyin xidmətində olduğunu nəzərə çatdırıb.
 

İranın Azərbaycandakı səfirliyinin hərbi attaşesi Cavad Furutəni İran İslam Respublikasının isə  çıxışında İran xalqının  şücaət və qəhrəmanlıqla ölkələrinə qarşı olan qeyri-bərabər müharibədə qalib gəldiyini bildirərək qeyd edib ki, məhz buna görə bu həftə müqəddəs müdafiə həftəsi adlanır.
 

Furutəni İran xalqının ssəkkiz illik müharibə tarixini azad bir xalqın qəhrəmanlıq salnaməsi adlandıraraq əlavə edib ki, bu yolda canından keçərək şəhid olanların xatirəsi heç vaxt yaddaşalardan silinməyəcək və İran xalqı onları heç vaxt unutmayacaq.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]