Prostat vəzi xərçənginə ƏLAC TAPILDI

Prostat vəzi xərçənginə ƏLAC TAPILDI

Prostat vəzi xərçənginə ƏLAC TAPILDI

 

Sidney Yüzillik İnstitutu alimləri müəyyən ediblər ki, səhləb gülünün tərkibindəki maddələr prostat vəzi xərçənginə qarşı effektli təsir göstərir.Xəbər verilir ki, müvafiq araşdırmanın nəticələri "Frontiers in Oncology" jurnalında dərc edilib.

 

Məqalədə qeyd olunub ki, prostat vəzi xərçəngi dünyada xərçəng xəstəliklərinin ən geniş yayılmış ikinci növüdür. Ölüm əmsalına görə isə bu xəstəlik öz sinifində altıncı yeri tutur.

 

Araşdırmaya görə, şəfaverici erianin maddəsi yalnız Cənub-Şərqi Asiyada bitən və elmi adı "Dendrobium chrysotoxum" olan səhləb çiçəyi növündədir. Bu maddə xəstəliyin həm erkən, həm də sonrakı dövrlərində şişə qarşı effektli təsir göstərir.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]