Yuxudan oyanan kimi limonlu su içməyin orqanizmə TƏSİRİ

Yuxudan oyanan kimi limonlu su içməyin orqanizmə TƏSİRİ

Yuxudan oyanan kimi limonlu su içməyin orqanizmə TƏSİRİ

 

Səhər oyanan kimi azca limon sıxılmış ilıq təmiz su içmək faydalıdır. Orqanizm gecə də işləyir və qaraciyər bir çox energetik prosesləri tənzimləyir. Səhərə bədən susuzlaşır, faydalı maddələr azalır.

Ona görə səhər tezdən orqanizmə su və mineral vermək lazımdır. 

 

Bildirilir ki, səhərlər limonlu suyun faydalarını təqdim edirik:


1. İmmun sistemi gücləndirir

Limonda C vitamini çoxdur. Yarım limonun suyu sutkalıq C vitamini dozasının 30%-ni verir. Bu vitamin isə ürək damar xəstəlikləri,qan laxtalanmasına qarşıdır. İmmunitet vitaminidir.

 

 

2. Günə başlamaq üçün mineral enerjisi verir

Limonda kaliy və B 6 vitamini də var. Kaliy bədəndə su maye mübadiləsini tənzimləyir, sinir hüceyrələnin əzələyə impuls ötürməsinə yardım edir. Qan təzyiqini normallaşdırır. Ona görə səhər limonlu su əzələləri aktivləşdirir, ödemi, şişi götürür, təzyiqi salır.

 

 

3. Mikrobları yuyur

Səhərlər ağızdan pis qoxu gəlməsi milyonlarla bakteriya deməkdir. Gecə yuxuda onlar çoxalır.
SƏhər ağız boşluğuna birinci limonlu su keçməsi, mikrobları öldürür.

 


4. Ödü aktivləşdirir

Həzmin əsas dostu normada ifraz olunan öddür. Onu stimulə etmək üçün turş maddə lazımdır. Ona görə limonlu su öd kisəsini aktivləşdirir, ödü təmizləyir, mədəni, bağırsağı hazırlayır. Qəbizliyə qarşıdır.

 

 

5. Böyrəkləri təmizləyir

Lİmonlu su sidikqovucudur, gecədən böyrəklər işləyir, sidik yollarına çöküntü toplanır. Ona görə səhər tezdən yollarda qalan olan-qalan çöküntünü yumaq üçün limonlu su içmək mütləqdir. Medicina.az

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]