"Azərbaycan Opera İnciləri" təqdim edildi - FOTO

"Azərbaycan Opera İnciləri" təqdim edildi - FOTO

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Azərbaycan Opera İnciləri” filmi təqdim edildi. Filmin ideya müəllifi Əməkdar artist, Heydər Əliyev Sarayının direktoru Ramil Qasımovdur. “Azərbaycan Opera İnciləri” filmi Şuşanın Mədəniyyət paytaxtı elan edilməsinə həsr olunur.  Eyni zamanda, nümayiş olunan film, tarixi zəngin opera teatrımızın şanlı fəaliyyətinə də həsr edilib. Filmdə Uzeyir Hacıbəylinin “Koroğlu” operasından, Əfrasiyab Bədəlbəylinin “Nizami” operasından, Müslüm Maqomayevin “Nərgiz” operasından, Reinhold Glierin “Şaxsənəm” operasından, Fikrət Əmirovun “Sevil” operasından və Ramiz Mustafayevin “Vaqif” operasından bir sıra əsərlər təqdim edildi.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]