"Leyli və Məcnun" operası nümayiş edilib - FOTO

"Leyli və Məcnun" operası nümayiş edilib - FOTO

XIII  Beynəlxalq Musiqi Festivalının dördüncü günü Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının tamaşası ilə tamamlandı. Pandemiya şəraitində Azərbaycan opera sənətinin nadir incilərindən olan “Leyli və Məcnun” operasının nümayişi musiqisevərlər və teatr həvəskarları üçün əlamətdar hadisə oldu.
 

1907-ci ildə Üzeyir bəy tərəfindən dahi Füzulinin eyni adlı lirik-faciəsinin süjeti əsasında yaradılmış “Leyli və Məcnun” əsəri ilə Azərbaycan opera sənətində çox əhəmiyyətli yaradıcı təmayüllərdən biri olan muğam operası ənənəsinin əsası  qoyulub.
 

21 sentyabr tamaşası baş tutan operanın quruluşçu rejissoru Hafiz Quliyev oldu. Orkestri isə dirijor, əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Sevil Hacıyeva idarə etdi.
 

“Leyli və Məcnun” operasının əsas partiyalarını Respublika muğam müsabiqəsinin laureatı Rəvanə Əmiraslanlı (Leyli) və əməkdar artist Elnur Zeynalov (Məcnun) ifa etdilər. Tamaşanın digər iştirakçıları əməkdar artist Təyyar Bayramov (Məcnunun atası), Cahangir Qurbanov (Nofəl), Taleh Yəhyayev (Leylinin atası), Aytən Məhərrəmova (Leylinin anası), Nurlan Namazov (İbn Səlam), Nəzər Bəylərov (Zeyd) oldu.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]