İranın xarici işlər naziri türkiyəli həmkarı ilə görüşdü

İranın xarici işlər naziri türkiyəli həmkarı ilə görüşdü

İranın xarici  işlər naziri Hüseyn Əmir Abdullahian dünən axşam BMT -  nin Baş  Assambleyasının iclası çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşərək ikitərəfli əlaqələr , regionla bağlı məsələlər və xüsusilə Əfqanıstan və Suriyadakı son vəziyyətlə bağlı fikir mübadiləsi aparmışlar.
 

Xarici işlər nazirləri ikitərəfli  əlaqələrlə bağlı ölkə başçılarının iclasından öncə Türkiyə xarici işlər nazirinin səfəri şərçivəsində strateji komitənin iclasının keçirilməsi və ali komitənin iclasının gündəliyinin hazırlanması barədə razılığa gəlmişlər.
 

Bu görüçdə həmçinin İran , Azərbaycan və Türkiyənin üçtərəfli iclasının Tehranda  keçirilməsi barədə razılıq əldə edilmişdi.


Doktor Əmir Abdullahian iki ölkənin strateji əlaqələrinə toxunaraq bildirmişdir ki, İranın yeni hökümətinin vitse prezidenti iki ölkənin birgə komissiyasının sədri vəzifəsinə təyin olunacaq və bunu həmin sahədə ciddi irəliləyiş hesab edərək , İranın  bir müddət təxirə salınmış birgə komissiyanın iclasının keçirilməsinə hazır olduğunu bildirmişdir.


İranın xarici işlər naziri bu görüşdə Türkiyə prezidentinin cənab doktor Rəisi  tərəfindən İrana dəvət edilməsini türkiyəli  həmkarına çatdırdı.
 

Hüseyn Əmir Abdullahian regionla bağlı məsələlərə toxunaraq bildirdi ki , hal-hazırda regionda yeni vəziyyət formalaşmaqdadır və bununla əlaqədar iki ölkənin davamlı məslətləşmələr aparmasının zəruriliyini nəzərə çatdırdı.
 

Doktor Əmir Abdullahian Əfqanıstanla bağlı bildirdi ki bu ölkədə bütün tərəflərlə  əlaqə saxlayırıq , lakin Əfqanıstanda davamlı sülh və sabitliyin yaradılması üçün inklüziv hökümətin  təşkili mühüm  əhəmiyyət kəsb edir.
 

Türkiyənin xarici işlər naziri də  bu görüşdə iki ölkənin birgə  komissiyasına yüksək rütbəli şəxslərin sədrlik etməsini alqışlayaraq ,  bildirdi ki,  Türkiyə tərəfindən də prezidentin müavini bu komissiyanın sədri təyin ediləcəkdir.
 

Çavuşoğlu İran İslam Respublikası əleyhinə tətbiq edilən sanksiyaları tənqid edərək , bildirdi ki, İran əleyhinə birtərəfli və  qeyri –qanuni sanksiyalar gərək ləğv edilsin.
 

Türkiyənin xarici işlər naziri Tehranda keçiriləcək üçtərəfli görüşdə iştirak etməyə hazır olduğunu bildirərək , qeyd etdi ki , məsləhətləşmələrə başlamaq üçün ilk fürsətdə Tehrana səfər etməyə hazırdır.
 

Çavuşoğlu regional məsələlərlə qeyd etdi ki , iki ölkə birgə regional problemlərlə  o cümlədən Əfqanıstandakı problemlərlə qarşılaşmış və bununla əlaqədar daha sıx məsləhətləşmələrin həyata keçirilməsi tələb  olunur.


Türkiyənin xarici işlər naziri də Əfqanıstanda inklüziv hökümətin qurulması zərurətini qeyd edərək , bu ölkədə artan zorakılıq və ekstremizmlə bağlı narahatçılığını bildirdi.


  Qeyd etmək lazımdır ki, tərəflər Türkiyənin daxili işlər və ədliyyə nazirlərinin İrana səfəri və həmçinin məhkumların  mübadiləsi  barədə razılıq əldə etdilər

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]