"ASAN Könüllüləri" Təşkilatı və Carlsberg Azerbaijan "Məsuliyyəli Sürücülük və Məsuliyyətli İstehlak" üzrə təbliğata başlayıb - FOTO

"ASAN Könüllüləri" Təşkilatı və Carlsberg Azerbaijan "Məsuliyyəli Sürücülük və Məsuliyyətli İstehlak" üzrə təbliğata başlayıb - FOTO

Ölkəmizdə məsuliyyətli sürücülük və məsuliyyətli istehlakın vacibliyini artırmaq məqsədi ilə tədbir keçirilib.  “ASAN  Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən tədbirdə Dövlət Yol Polisinin şöbə rəisi, polkovnik Vaqif Əsədov, Carlsberg Azerbaijan  Şirkətinin nümayəndələri və media nümayəndələri iştirak edib.  


22 sentyabr 2021-ci il tarixində baş tutan tədbirdə məsuliyyəli sürücülük və məsuliyyətli istehlak  üzrə  təşviqat  fəaliyyətləri  istiqamətində  “ASAN  Könüllüləri”  Təşkilatı  və Carlsberg Azerbaijan şirkəti arasında uzunmüddətli əməkdaşlığa start verilib.


Əməkdaşlı çərçivəsində qeyd olunan istiqamətdə Bakı, Gəncə, Sumqayıt, Bərdə, Quba regionlarında yaşayan vətəndaşlar arasında, eləcədə  rəqəmsal  mühitdə  maarifləndimə işləri və həmçinin ölkədə ilbəil məlumatlılıq səviyəsinin artımının ölçülməsi üçün sorğu fəaliyətləri  icra  olunacaq.  Tədbirdə  “ASAN  Könüllüləri”  Təşkilatının sədri  Emiliya Bayramova və Carlsberg Azerbaijan  şirkətinin korporativ ünsiyyətlər üzrə rəhbəri Lalə Əfəndi iştirak etmişdir.


Görüşdə  “ASAN  Könüllüləri”  Təşkilatının  sədri  Emiliya  Bayramova  çıxış  edərək bildirmişdir: “Biz hər zaman “ASAN Könüllüləri” Təşkilatı olaraq könüllülərimizlə birlikdə müxtəlif ekoloji, humanitar və sosial istiqamətlərdə tədbirlər və layihələr həyata keçiririk. Bu gün son dövrlərdə artan nəqliyyat hadisələrinə diqqət cəlb etmək məqsədi ilə bu tipli sosial maarifləndirmə tədbirlərinin icra edilməsini vacib hesab edirik.” Carlsberg Azerbaijan  şirkətinin korporativ ünsiyyətlər üzrə rəhbəri Lalə Əfəndi qeyd etmişdir: “Bildiyiniz  kimi  Carlsberg  Group    məsuliyyətli  istehlak  məsələsinə  böyük diqqət ayırır və  dünyada  ən  böyük  pivə  istehsalçıları ilə  yanaşı  GBRD  (Global  Beer Responsibility  Day)  təşəbbüsündə  yaxından  iştirak  edir.  Bu  təşəbbüs  çərçivəsində “Məsuliyyətli  istehlak  və  Məsuliyyətli  Sürücülük”  istiqamətində  bir  sıra  layihələr həyata keçirmişdir.


“ASAN  Könüllüləri”  Təşkilatı  ilə isə mövcud olan ekoloji istiqamətlərdə əməkdaşlığımızı  yeni  müstəviyə  daşımaq  və  gənclər  arasında  məsuliyyətli  istehlak təbliğatına töhvə vermək arzusundayıq.”


Tədbirdə  iştirak edən  Bakı Şəhər  Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə  əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov isə yol təhlükəsizliyi hadisələrində baş verən qəzaların səbəbinin içkili halda nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olduğunu bildirmişdir. Xüsusilə bu istiqamətdə ölkəmizdə əhalini məlumatlılığının artırılmasına ehtiyac olduğunu qeyd etmişdir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]