Azərbaycan Respublikası Milli Abilimpiya Federasiyasinda (MAF) iclas keçirilmişdir - FOTO

Azərbaycan Respublikası Milli Abilimpiya Federasiyasinda (MAF) iclas keçirilmişdir - FOTO

21 sentyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Milli Abilimpiya Federasiyasinda (MAF) iclas keçirilmişdir.


İclasda Federasiya prezidenti İlqar Rəhimov ölkədə abilimpiya hərəkatının təbliğ edilməsinin, abilimpiyaçıların cəmiyyətdə tanıdılmasının vacib olduğunu qeyd edərək bildirib ki, bu məqsədlə müxtəlif sərgi və tədbirlər keçirilməlidir.


MAF-ın prezidenti İlqar Rəhimov bildirdi ki, Federasiya Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiya Mərkəzi, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin peşə-təhsil sistemi ilə sıx əməkdaşlıq edir.


İ.Rəhimov: “Abilimpiya hərəkatı vasitəsi ilə ölkəmizdə yaşayan əlilliyi olan şəxslər öz peşə bacarıqlarını inkişaf etdirməklə gələcəkdə məşğulluq və özənüməşğulluq proqlamlarında iştirak edəcəklər. Azərbaycanda Abilimpiya Hərəkatı üçün qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi, eyni zamanda özəl sektoru təmsil edən qurumlar  da daxil olmaqla, qeyri-hökumət təşkilatları ilə birgə fəaliyyət göstərmək üçün işlər görülür.”


Eyni zamanda, İ.Rəhimov Vətən müharibəsində iştirak etmiş qazilərin də bu hərəkata cəlb edilməsi ilə bağlı işlərin aparılması üçün müvafiq tapşırıqlar verib.
 

İ.Rəhimov bildirdi ki, 2022-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində keçiriləcək X Beynəlxalq Abilimpiya Çempionatında iştirak edəcək milli komandanın formalaşdırılması məqsədilə yerli yarışların keçirilməsi də nəzərdə tutulub. Bu yarışlarda əlilliyi olan şəxslər 100-dən çox peşə sahəsində öz bacarıqlarını göstərəcəklər.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]