Bakı-Tbilisi-Qars dəmir yolunun tam gücü ilə işləməsi üçün tədbirlər görülür - FOTO

Bakı-Tbilisi-Qars dəmir yolunun tam gücü ilə işləməsi üçün tədbirlər görülür - FOTO

Azərbaycan, Gürcüstan və Türkiyə arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tam gücü ilə işləməsi üçün birgə tədbirlər görülür.
 

Bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Rəhman Hümmətovun Gürcüstana və Türkiyəyə səfəri zamanı müzakirələr aparılıb.
 

Səfər Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi çərçivəsində Gürcüstan və Türkiyə ərazisində tamamlanmaqda olan tikinti-quraşdırma işlərinin gedişatı ilə yerində tanışlıq məqsədi daşıyıb.
 

Gürcüstanın İqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Quram Quramişvili və Türkiyə Dövlət Dəmir Yollarının rəhbər şəxsləri ilə keçirilmiş görüşlərdə Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə yükdaşımaların təşkili, Axalkalaki və Qarsda terminalların tikintisinin gedişatı, mövcud çətinliklərin həlli yolları, həmçinin ölkələrin tranzit potensialından daha səmərəli istifadə olunması və daşınan yüklərin həcminin artırılması məsələləri müzakirə edilib.
 

Ölkələrimizin iqtisadiyyatında, eləcə də nəqliyyat dəhlizlərinin inkişafında sözügedən layihənin xüsusi əhəmiyyəti vurğulanıb.
 

Qeyd edək ki, 2007-ci il fevralın 7-də Tbilisidə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə dair Saziş imzalanıb. Asiyadan Avropaya birbaşa, təhlükəsiz və effektiv yük daşınmasını təmin edən dəmir yolu xətti 2017-ci il 30 oktyabr tarixində istismara verilib. İstismara verildiyi gündən 2021-ci ilin ortalarınadək bu dəmir yolu xətti ilə daşınılan yük dövriyyəsinin həcmi 1 milyon tonu keçib.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]