Dövlət Agentliyinin sədri "YAŞAT" Fondu tərəfindən Türkiyədə müalicə olunan qazilərimizi ziyarət edib - FOTO

Dövlət Agentliyinin sədri "YAŞAT" Fondu tərəfindən Türkiyədə müalicə olunan qazilərimizi ziyarət edib - FOTO

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev  və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev Türkiyə Respublikasına işgüzar səfər çərçivəsində “YAŞAT” Fondu tərəfindən Türkiyəyə müalicə üçün göndərilən, ağır yaralanan qazilərimizi ziyarət ediblər.
 

Fond tərəfindən bu günə qədər 132 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 88-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
 

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qazilərimizlə söhbət zamanı bildirib ki, hər birimiz Qələbəni bizə yaşatdıqları üçün onlara minnətdarıq və “YAŞAT” Fondu onların müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
 

Xatırladaq ki, səfər Türkiyə Respublikasının İstanbul şəhərində təşkil olunan 4-cü “Texnofest” Festivalında iştirak məqsədilə reallaşdırılır.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]