AzTU ilə Kazan Federal Universiteti arasında ikili diplom proqramı haqqında müqavilə imzalanıb - FOTO

AzTU ilə Kazan Federal Universiteti arasında ikili diplom proqramı haqqında müqavilə imzalanıb - FOTO

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Kazan Federal Universiteti (KFU) arasında ikili diplom proqramı haqqında müqavilənin imzalanma mərasimi keçirilib.
 

Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, KFU-nun Naberejnıye Çelnı İnstitutunun direktoru Mahmut Qəniyev və hər iki ali məktəbin nümayəndələri iştirak edib. Rektor Vilayət Vəliyev AzTU-da təhsilin və elmi-tədqiqatın inkişafı üçün görülən işlər haqqında qonaqlara məlumat verib. Bildirib ki, AzTU təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə xarici universitetlərlə əməkdaşlığa önəm verir. Rektor KFU ilə əməkdaşlığın növbəti mərhələsinin hər iki universitet üçün faydalı olacağına ümid etdiyini qeyd edib.
 

Daha sonra Mahmut Qəniyev rəhbərlik etdiyi ali məktəb haqqında təqdimatla çıxış edərək KFU-nun elm-təhsil potensialı barədə məlumat verib. Tərəflər birgə tədqiqat işləri, magistr və doktorant hazırlığı istiqamətində də əməkdaşlığın vacibliyini bildiriblər.
 

Müqaviləyə əsasən, hər iki ali təhsil müəssisəsinin İqtisadiyyat, Proseslərin avtomatlaşdırılması və Nəqliyyat mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələri bu proqramdan yararlana biləcək. Tələbələrin I və II kursu AzTU-da, III və IV kursu isə KFU-da təhsil alması nəzərədə tutulur.
 

Tədris proqramını müvəffəqiyyətlə başa vuran tələbələrə AzTU və KFU-nun diplomları təqdim olunacaq.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]