Şah və Dərvişin hekayəsi - Vüsalə VƏTƏNXAN

Şah və Dərvişin hekayəsi - Vüsalə VƏTƏNXAN

Şah və Dərvişin hekayəsi - Vüsalə VƏTƏNXAN 

  

Dərviş bir gün Şahın sarayında qonaq olur. O, diqqət edir ki saraydakı nökərlər fərqli -fərqli zümrələrdə yaşayırlar. Sübhdən axşamadək birgə iş görürlər, sarayın bütün işlərini görürlər, lakin gecəni zümrələrdə tək başına keçirirlər. Bir gün dərviş şaha yaxın olduğu bir məclisdə bunun səbəbini şahdan soruşur. Şah deyir ki, nökərlərimin ayrı-ayrı zümrələrdə qalmasının səbəbi budur ki sarayımda olub bitən siyasi işlərdən bir-birinə xəbər verməsinlər. Söz gəzdirməsinlər. Dərviş deyir ki, axı onlar sübhdən axşamadək bir yerdədirlər. Şah deyir ki, gündüz vaxtı hər şey mənim nəzarətimdə olur. Lakin, gecə isə tamlığı ilə Rəbbin nəzarətindədir. Bu mənim uzun illər şahlığımla müşaiyət etdiyim bir şeydir. Bir insan təkbaşına gündüz bir bina tikə bilər. Lakin, gecə vaxtı yüz nəfər yığılsın binanın özülünü belə qoya bilməzlər. Bu səbəbdən gecənin nəzarətini onları tək zümrələrə yerləşdirməklə edirəm. Dərviş şahın bu təcrübəsi qarşısında susur.

 

Sonra bir gün sarayda sözgəzdirənlərin olduğunu eşidən şah, bir gecədə bütün nökərlərin öldürülməsini əmr edir. Lakin əmrinin bu cür icra edilməsini tələb edir. "Satqınlar və sözgəzdirənlər özlərini assınlar!" Sübhəyaxın bir qrup nökərin özlərini asdığı, bir qrup nökərin sağ qaldığı və bir qrup nökərlərin də özlərini ölülüyə vurduğu üzə çıxır. Bu hal şahın marağını çəkir. Düşünür ki, yəqin ki satqınlar özlərini asdılar, digərləri qorxudan ölmək istədilər və üçüncü qism nökər də satqın olmadıqları üçün sağ qalmağı seçdilər. Şah bu prosesdən sonra sarayda sabitlik olacağını düşünür və qalan nökərlərə toxunulmamasını əmr edir.

 

Bir neçə gün yenə bir məclisdə şahla dərviş üz-üzə gəlirlər. Dərviş saraydakı hadisədən məlumatı olduğunu bildirir və hadisənin səbəbini soruşur. Şah da ona olanların səbəbini danışır. Dərviş deyir ki, satqınların, sözgəzdirənlərin ölümü bir neçə gün bundan qabaq olub, mən isə bu gün öyrənmişəm. Şah barmağını dişləyib durur. Dərviş deyir ki, məsələ mənə başqa cür görünür. Sən satqın və sözgəzdirənlərin özlərini asmasını əmr etdin. Bir qrup özünü asdı, bir qrup sağ qaldı, digər bir qrup isə özlərini ölülüyə vurdular.

 

Məncə özlərini asanlar heç bir şey bilməsələr belə dostlarını qorumaq üçün bu işi etdilər. Özlərini asmış kimi göstərənlər isə əmrinə tabeyik kimi özlərini göstərməyə çalışdılar. Sağ qalanlar isə həmin gecə bir qrup nökərin özlərini asacağını bildikləri üçün sağ qalaraq məsum olduqlarını iddia etdilər. İndi, gördünmü, gecəyə hökm edən Allah gündüzə də hökm edir və sən hələ də həqiqəti nə aça, nə də gizləyə bilərsən!

Müəllif; Vüsalə VƏTƏNXAN

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]