"Prodüser mərkəzi" Milli Musiqi günü ilə əlaqədar sosial videoçarx hazırladı - VİDEO

"Prodüser mərkəzi" Milli Musiqi günü ilə əlaqədar sosial videoçarx hazırladı - VİDEO

 

Azərbaycanda ilk dəfə Mədəniyyət Nazirliyinin dəstəyi ilə Heydər Əliyev Sarayının nəzdində yaradılan “Prodüser mərkəzi” Milli Musiqi günü münasibəti ilə sosial video çarx hazırlayıb. Sarayın mətbuat katibi Aytac Bağırlının sözlərinə görə, video çarxın əsas məqsədi klassik musiqimizin və Üzeyir bəyin irsinin müasir Azərbaycan gənclərinə təbliğ edilməsidir. Sosial video çarxda  Mədinə Ağayeva, Emin Məmmədov, Rəşad Ağayev, Əntiqə Yusifova, Kənan Məmmədzadə yer alıblar. Layihənin ideya müəllifi Ramil Qasımov, səs rejissoru Cavid Cavad oğlu, oranjimançı Coşqun Qadaşov, vokal üzrə müəllim İnarə Babayeva və prodüseri Fərid Mərddir. Qeyd edək ki, videoçarx tamaşaçılar  tərəfindən maraqla qarşılandı.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]