BDU-nun AMEA-nın H.Ə. Əliyev adına Coğrafiya İnstitutunda fəaliyyət göstərən Elm və Tədris Mərkəzində yeni tədris ilinə hazırlıq müzakirə olunub

BDU-nun AMEA-nın H.Ə. Əliyev adına Coğrafiya İnstitutunda fəaliyyət göstərən Elm və Tədris Mərkəzində yeni tədris ilinə hazırlıq müzakirə olunub

Sentyabrın 15-də Bakı Dövlət Universitetinin (BDU) AMEA-nın H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda fəaliyyət göstərən Elm və Tədris Mərkəzində 2021-2022-ci tədris ilində tədrisin təşkilinə həsr olunmuş görüş keçirilib. Görüşdə BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov, Tədris prosesinin təşkili şöbəsinin müdiri Adil Xasayev, Coğrafiya fakültəsinin dekanı Şəkər Məmmədova, Fiziki coğrafiya kafedrasının müdiri Yaqub Qəribov, Coğrafiya İnstitutunun direktor əvəzi Zakir Eminov, İnstitutun elmi katibi Zərnurə Həmidova, Təhsil şöbəsinin müdiri Müseyib Yunusov  iştirak ediblər.


Görüşdə yeni tədris ilində Mərkəzin fəaliyyəti, tədris prosesinin, tələbələrin istehsalat təcrübəsinin təşkili müzakirə olunub. Fərda İmanov Universitetdə təhsil sahəsində həyata kerilən islahatlar və yeni tədris ilinə hazırlıq haqqında məlumat verib. Zakir Eminov Mərkəzdə BDU-nun Coğrafiya fakültəsində müxtəlif ixtisas və ixtisaslaşmalar üzrə təhsil alan bakalavr və magistrantlar üçün yaradılmış şərait haqqında danışıb.


Görüşdə Elm və Tədris Mərkəzinin fəaliyyət planının əsas itiqamətləri müəyyən edilmiş və planın hazırlanması üzrə işçi qrup yaradılmışdır.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]