Vətən müharibəsi şəhidimizin yaxınları Mərkəzi Elmi Kitabxanada +FOTO=5

Vətən müharibəsi şəhidimizin yaxınları Mərkəzi Elmi Kitabxanada +FOTO=5

Vətən müharibəsi şəhidimizin yaxınları Mərkəzi Elmi Kitabxanada +FOTO=5

 

44 günlük Vətən müharibəsində fəal iştirak etmiş, oktyabr ayının 13-də Suqovuşan istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan Tural Şıxızadənin ailə üzvləri Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasını ziyarət ediblər.

 

Birinci və İkinci Qarabağ müharibəsinin şəhidləri, qaziləri, iştirakçıları haqqında məlumat bazası yaradılan və onların tanıdılması istiqamətində mühüm işlər görən MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fondunun əməkdaşları şəhidin ailə üzvlərini fondla yaxından tanış ediblər.

 

Görüşdə şəhidimizin xatirəsi anılıb, onun müharibədəki igidlik və şücaətindən danışılıb. Yaxınları Turalın Vətən uğrunda şəhid olduğu üçün qürur duyduqlarını bildiriblər.

 

Məlumat üçün bildirək ki, artıq bir neçə aydır fəaliyyət göstərən “Qarabağ müharibəsi qəhrəmanları” fondunda İkinci Qarabağ müharibəsi şəhidlərinin doğum günlərinə həsr olunmuş sərgi təşkil edilib. Sərgidə sentyabr ayında dünyaya göz açan şəhidlərimizlə bağlı məlumatlardan ibarət videoslayd və onlar haqqında toplanmış məlumatlar yer alır. Guşədə qəhrəmanların şəkillərindən, eləcə də video görüntülərindən hazırlanmış slaydlarla yanaşı, doğum yeri və tarixi, harada və nə zaman şəhid olduğu, Vətən uğrunda göstərdiyi şücaətlər və bir çox digər məlumatlar da öz əksini tapıb. Qeyd edək ki, hazırlanan bu guşə sentyabr ayı boyunca fondda sərgilənəcək.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]