BDU-nun alimi beynəlxalq konfransda dəvətli məruzəçi kimi çıxış edib

BDU-nun alimi beynəlxalq konfransda dəvətli məruzəçi kimi çıxış edib

Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının müdiri, professor Əli Əhmədov dinamik sistemlər və onların riyaziyyat, fizika və mühəndislikdə tətbiqlərinə həsr olunmuş beynəlxalq konfransda (International Workshop on Dynamical Systems and its Application in Math, Physics and Engineering) dəvətli məruzəçi (invited speaker) kimi iştirak edərək “Qayıdan ardıcıllıq və onun tətbiqi” (Returned sequence and it’s application) adlı məruzə ilə çıxış etmişdir. Məruzədə riyaziyyatda, dinamik sistemlər nəzəriyyəsində, xaos nəzəriyyəsində və digər təbiətşünaslıq sahələrində bir sinif iterativ ardıcıllıqların sonsuzluqda özünü necə aparması haqqında məlumatlar verilmişdir. Qeyd edilmişdir ki, belə ardıcıllıqlar nüvə reaktorları nəzəriyyəsi və bioloji toplumların dayanıqlıq nəzəriyyəsində də istifadə olunur və bu ardıcıllıqlara məlum həndəsi silsilənin müəyyən mənada ümumləşməsi kimi baxıla bilər.


Ə.Əhmədov ümumiləşmiş həndəsi ardıcıllığı “k tərtibli qayıdan ardıcıllıq” adlandırmışdır.


Dinamik sistemlər nəzəriyyəsində qayıdan ardıcıllığın ifadə etdiyi proses “Kəpənək effekti“ adlandırılır.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]