Masallıda tələbə adını qazanmış bir qrup gənclə görüş keçirildi (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir, +FOTO=12)

Masallıda tələbə adını qazanmış bir qrup gənclə görüş keçirildi (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir, +FOTO=12)

Masallıda tələbə adını qazanmış bir qrup gənclə görüş keçirildi - (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir, +FOTO=12)

 

17 sentyabr 2021-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Koronavirus(COVİD-19) Pandemiyasına qarşı mübarizə tədbirləri nəzərə alınmaqla “Gənclər ev” sosial xidmət müəssisəsində, Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanmış bir qrup gənclə görüş keçirilmişdir.

 

Əvvəlcə Vətəninmizin azadlığı uğrunda öz canlarından keçmiş əsgər və zabitlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

Tədbiri giriş sözü ilə açan Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov tədbir iştirakçılarını yeni dərs ilinin başlanması münasibətilə təbrik etmişdir. S.Cahangirov qeyd etmişdir ki, müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Ulu Öndər Heydər Əliyevin milli təhsil quruculuğu sahəsində başladığı islahatlar bu gün ulu öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda təhsil dövlət başçısının daim himayəsi altındadır. Dövlət başçısının təhsil sisteminə diqqət və qayğısı sayəsində milli təhsil sisteminin aydın sabahını təmin edəcək inkişaf proqramları təsdiq olunaraq reallaşdırılmağa başlanmış, Azərbaycan təhsilinin davamlı inkişafına yönəlmiş əsaslı tədbirlər görülüb.Bu gün bütün sahələrdə olduğu kimi gənclərimiz təhsil sahəsində də öz uğurları ilə bizləri sevindirir. Sonda bir daha S.Cahangirov tələbə adını qazanmış gənclərimizi təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulamışdır.

 

Tədbirdən yüksək bal toplayıb tələbə adını qazanan Nəzrin Həmzalı, Aytac Qafarova və Mirzə Əjdərli çıxış edərək gənclərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıq bildirdilər.

 

Sonda Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən təhsildə fərqlənmiş, qəbul imtahanlarında yüksək nəticələr əldə edərək ali məktəblərə qəbul olunmuş məzunlara fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

ƏLİHÜSEYN ŞÜKÜROV.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]