Ağcabədidə tikilmiş yeni tədris binasının açılış mərasimi keçirilib- (AZpressAZ -Mais İbrahimov +FOTO=23)

Ağcabədidə tikilmiş yeni tədris binasının açılış mərasimi keçirilib- (AZpressAZ -Mais İbrahimov +FOTO=23)

Ağcabədidə tikilmiş yeni tədris binasının açılış mərasimi keçirilib-  (AZpressAZ -Mais İbrahimov +FOTO=23)

 

Sentyabrın 16-da Ağcabədi rayon T.Əliyeva adına Xocavənd kənd 2 nömrəli tam orta məktəb üçün tikilmiş yeni tədris binasının açılış mərasimi keçirilib.

 

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Təhsil İnstitunun əməkdaşı Nəzakət Mehdiyeva, Ağcabədi rayon Təhsil şöbəsinin müdiri İsmayıl Həsənov iştirak edib.

 

Bildirilib ki, yeni tikilmiş məktəb 180 şagird yerlikdir. 11 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 2 laboratoriya, 2 texnologiya, 1 informatika və gənclərin çağırışaqədərki hazırlığı kabineti, məktəbəhazırlıq otağı, 90 yerlik akt zalı, idman zalı, kitabxana və yeməkxana fəaliyyət göstərəcək.
Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış hər bir şəraitlə yaxından tanış olublar.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]