Adil Əliyev deputat seçildiyi 20 saylı Nərimanov ikinci seçki dairəsi ərazisində yaşayan seçicilərlə görüşüb - FOTO

Adil Əliyev deputat seçildiyi 20 saylı Nərimanov ikinci seçki dairəsi ərazisində yaşayan seçicilərlə görüşüb - FOTO

Sentyabrın 16-da Milli Məclis sədrinin müavini Adil Əliyev deputat seçildiyi 20 saylı Nərimanov ikinci seçki dairəsi ərazisində yaşayan seçicilərlə görüşüb.


Pandemiya qaydalarına uyğun keçirilən görüşdə vitse-spiker Adil Əliyev Vətən müharibəsindən ötən 10 ayda işğaldan azad edilmiş ərazilərimizdə aparılan böyük abadlıq-quruculuq işlərindən söz açıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm Zəfər qazanan Azərbaycanın 30 illik işğala son qoyduqdan dərhal sonra öz əzəli torpaqlarında bərpa və yenidənqurmaya başladığını deyib.  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətindən bəhs edərək  Heydər Əliyev Fondu tərəfindən mədəniyyət paytaxtımız Şuşada təşkil edilən tədbirlər barədə geniş məlumat verib.


Görüşdə seçicilərin müraciətlərinə həssaslıqla yanaşılıb. Sosial, məişət, humanitar xarakterli bir sıra məsələlər yerindəcə həll olunub. Digər xarakterli müraciətlərin həlli üçün aidiyyəti üzrə müxtəlif qurumlara məktublar ünvanlanıb. Həmçinin, bəzi vətəndaşlara müraciətləri ilə bağlı qanunvericiliyin tələblərinə uyğun izahlar verilib.  Həmçinin seçicilərə koronavirus pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə əməl etmək tövsiyə olunub.


Tədbirdə Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini və digər vəzifəli şəxslər iştirak ediblər.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]