Gənclər və idman naziri Fərid Qayıbov Bakı Su İdmanı Sarayında - FOTO

Gənclər və idman naziri Fərid Qayıbov Bakı Su İdmanı Sarayında - FOTO

Sentyabrın 14-də Gənclər və idman naziri Fərid Qayıbov Bakı Su İdmanı Sarayında olmuş, milli yığma komandanın üzvləri, federasiya rəsmiləri ilə görüşərək onları dinləmişdir. Görüşdə Azərbaycan  Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev, Su İdmanı Sarayının direktoru Elçin Həsənov və digər şəxslər də iştirak etmişlər.  Görüş zamanı nazirə komandaların hazırlıq prosesi, federasiyanın fəaliyyəti, görülən işlər, çətinliklər, qarşıda duran vəzifələr barədə məlumat verilmiş, fikir mübadiləsi aparılmışdır.


Daha  sonra nazir Fərid Qayıbov Su İdman Sarayının fəaliyyəti və imkanları ilə yaxından tanış olmuşdur.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]