Masallı Xalq teatrında Vətən müharibəsi şəhidlərinə ithaf olunan növbəti tamaşa səhnəyə qoyulub- (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir, +FOTO=10)

Masallı Xalq teatrında Vətən müharibəsi şəhidlərinə ithaf olunan növbəti tamaşa səhnəyə qoyulub- (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir, +FOTO=10)

Masallı Xalq teatrında Vətən müharibəsi şəhidlərinə ithaf olunan növbəti tamaşa səhnəyə qoyulub- (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir, +FOTO=10)

 

Masallı Xalq teatrında Vətən müharibəsi şəhidlərinə ithaf olunan növbəti virtual tamaşa-kompozisiya səhnəyə qoyulub. Ssenarisi tanınmış jurnalist — publisist Əlihüseyn Şükürov tərəfindən hazırlanan "Torpağın naləsi" adlı tamaşada səhnəni teatrın sənət kollektivi və Masallı Dövlət Regional Kolecinin tələbələri bölüşüblər.

 

Tamaşadan əvvəl kompozisiyanın quruluşu, mövzusu və yaradıcı heyəti barədə məlumat verilib, həmçinin tamaşanın ithaf olunduğu şəhidlərdən söz açılıb. Sonra sənət kollektivi səhnədə yerini alıb.

 

Tamaşanın ilk şəkillərində Azərbaycan xalqının mənəvi həyatının ayrılmaz hissəsi, mədəniyyət beşiyi Şuşa şəhərinin düşmən tərəfindən işğalı, sakinlərinin işgəncələrə, köçkün həyatına məcbur edilməsi səhnələri canlandırılıb. Bununla belə, səhnə işinin finalında müzəffər ordumuz Şuşanı azad edir, şəhər doğma sakinlərinə qovuşur, ayrılıq sona yetir. Kompozisiyada vətənə sədaqət, yurd həsrəti önə çəkilib, eyni zamanda işıqlı sabaha inam və nikbinlik ifadə olunub. Səhnə ifaları ilə yanaşı, tamaşada vətənpərvərlik şeirlərinə də yer verilib.

 

Tamaşadan sonra çıxış edən Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov şəhidlərin xatirəsinə həsr olunan kompozisiyaların hazırlanmasını özünə mənəvi borc sayıb, bu səpkili mədəniyyət tədbirlərinin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına töhfə verəcəyini nəzərə çatdırıb.

 

Onlayn tədbirin sonunda mədəniyyət layihələrində fəal iştirak edən tələbələrə İdarənin "Təşəkkürnamə"si təqdim edilib.

 

AZPRESS.AZ.
MASALLI.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]