Xodaşirin Cəbiyev: ASIYA.az saytının rəhbəri Cəfər Cəfərova..

Xodaşirin Cəbiyev: ASIYA.az saytının rəhbəri Cəfər Cəfərova..

Xodaşirin Cəbiyev: ASIYA.az saytının rəhbəri Cəfər Cəfərova... 


Birbaşa mətləbə keçim. Cəfər Cəfərov niyə bizə “papaq” atır?

Hər olayın kökündə bir sual dayanır - Nə olub?

 

 

1. “Masallı ensklopediyası” qrupunda, Kolatan kəndi haqqında gedən məlumat xarakterli yazıda Millət Vəkili Anar İsgəndərovla bağlı informasiyanın axırında onun həyat yolunun son illərini əks etdirən bəzi məqamlar sırf texniki səbəblərdən ora düşməyib.

 

 

2. A. İsgəndərovun Wikipediya səhifəsində C. Cəfərovun dili ilə desək “kopyalamağa” yol vermişik.

 

 

Sualın birinci hissəsi ilə bağlı deyim ki, doğrudan da A. İsgəndərovla bağlı məlumatda tam texniki səbəblər üzündən onun həyat yolunun son illəri ilə bağlı bir neçə cümlə əsas materialdan köçürülən zaman unudulub. İşçi qrupu bundan xəbər tutan kimi həmin xətaya dərhal düzəliş verilib. Qaldı “Wikipediya”dan “kopiyalamaq” məsələsinə. Sual edirəm, hər tanınmış haqqında ən etibarlı mənbə həmin şəxsin öz nəzarətində olan elektron salnamə - wikipediya deyilmi?

 

 

Bəlkə də, heç bu məsələyə qayıtmazdım. Çünki ensiklopediya üçün hazırladığımız 3 materialda (ümumilikdə 200-dən artıq səhifə) digər səhvlər, nöqsanlar da var idi. Amma bir çox izləyicilər hörmət-izzətlə həmin səhvləri xatırlatdılar, biz də düzəlişlər etdik. Həm də bu məsələ ilə bağlı bizə dəstək olmağı oxuculardan dönə-dönə özümüz xahiş etmişik. Ona görə də kitabda gedən materialları çap olunmazdan əvvəl elektron qaydada dasosial şəbəkələrdə paylaşmışıq. Unutmayaq ki, hər nir inzibati ərazi dairəsi haqqında mindən artıq məlumatlar var və bütün bunları 3-5 nəfər hazırlayır.

 

 

Bəs Cəfər Cəfərov görəsən nə edib? O, yazı materialında buraxılan səhvləri bir nizəyə, bir oxa çevirərək Millət Vəkili Məşhur müəllimdən başlamış mənim atama, əmimə qədər yönəldib.

 

 

Bütün baş verənlərin kimlərin qısqanclığından yaranan sifariş olduğu mənə gün kimi bəllidir. Bəlkə də heç cavab verməmək də olardı, lakin ən azı rayon şöhrətli atamın və əmimin bir nadanın dilindən aşağılanmasına dözə bilməzdim.

 

 

Atam Oğlan Cəbiyevin, əmim Əvəz Abuşovun, eləcə də mən Xodaşirin Cəbiyevin həyat yolu şəffafdır. Həyatımız boyu nə haram tikə yemişik, nə quldurluqla, nə oğurluqla, nə kimləri isə şantaj etməklə, nə də digər rüsvayçı vasitələrlə çörək qazanmamışıq. Xalq bizi belə görüb, belə tanıyır. Mənim atam Oğlan Cəbiyev sıravi kolxozçu pilləsindən Masallı rayonunun kənd təsərrüfatı sahəsində xidmətləri olan, dövlət təltiflərinə layiq görülən mütəxəssislər sırasına daxildir. Ensiklopediyada məhz belələri barədə yazılmalıdır.

 

 

Əmim Əvəz Abuşov Azərbaycan SSR Ali Sovetinin deputatı, dövlətin orden və medallarına layiq görülən, Masallı rayonunda müxtəlif rəhbər vəzifələrdə çalışan şəxs kimi ensiklopediyaya düşüb.

 

Mən 21 il Masallı rayonunun səhiyyə sistemində eyni vaxtda 3 məsul vəzifə daşımışam. Aptek xidmətini “taxta baraklar”dan yeni 2-3 mərtəbəli binalara köçürmüşəm, ən müasir avadanlıq və qurğularla təchiz etmişəm. “Sorğu-Məlumat Bürosu”, 3 növbəli iş rejimi ilə işləyən aptek xidməti, 60 aptek şəbəkəsi yaratmışam. Dövlət orqanları tərəfindən əməyim vaxtında layiqincə qiymətləndirirlib, 15 post-sovet respublikalarının “Səhiyyə əlaçısı” fəxri adını qazanmışam.

 

Cəfər bəy, bünların az bir qismi barədə ensiklopediyada məlumatın verilməsi sizi niyə bu qədər narahat edir? Bəlkə siz Masallı üçün bir daşı, daş üstünə qoymusunuz? Sözü havaya piləmək bir şeydir, xalqın yolunda canını qurban verərək əməl ortaya qoymaq tamamilə başqa şeydir. Əgər sizin də doğmalarınızın belə xidmətləri varsa, büyürün məlumat verin, daxil edək ensiklopediyaya.

 

 

Parlament seçkiləri zamanı mən Anar İsgəndərovun vəkili olmamışam, sadəcə olaraq orta məktəb yoldaşı, həmkəndli və sıravi bir ziyalı kimi onun təəssübkeşi kimi yardımçı olmağa çalışmışam.

 

 

Sizin cızmaqaralardan sonra rəhbərlik etdiyiniz ASİYA.az saytına ötəri bir nəzər saldım. Məlum oldu ki, sizin saytın açılışında Fazil Qəzənfəroğlu, Zahid Oruc və Etibar Hüseynli daxil olmaqla 3 deputat iştirak edib. O şəxslərin adları niyə sizin saytda qara siyahıya düşüb, indi görünmürlər? Çünki onlar gec də olsa, hansı əməl sahibi olduğunuzu başa düşərək sizdən üz döndərdilər.

 

 

Niyə 70 saylı seçki dairəsindən Millət Vəkili olan Məşhur Məmmədovun təşəıbbüsləri ilə reallaşan Təhsil Fondundan, istedadlara diqqətindən, tələbələrə yardımından, rayon ensiklopediyasını yaratmasından, 61 şəhidin həyat yolunu işıqlandıran kitaba dəstək olmasından... yazmırsan, amma Masallı ilə heç bir əlaqəsi olmayan Tovuz rayonundan deputat seçilmiş Qənirə Paşayevadan bəzən bir gündə 2 xəbər paylayırsan? Niyə hazırladığın Ərkivan filmində metlax düzənə yer tapılır, Masallı futbolunun əfsanəsi Seyran Əliyevə, ərkivanlı peşəkar muğam ifaçısı Nəriman Mirzəyevə və başqalarına yer tapılmır? Məşhur Məmmədovdan bir kəlmə də yazılmır, amma lazımsız yerə Anar İsgəndərovun gördüyü işlərin əvəzində, onun 20 fotoşəkli birdən paylaşılır?

 

 

Cəfər bəy! Ətrafında sənə züy tutanlar da bəllidir, səni himayə edənlər də. Adam uşaq olanda nə olar, amma adamın bir yiyəsi də olar. Mənim atamın da, əmimin də, özümün də tərcümeyi halı bəllidir, bəs sənin və ətrafındakıların? Kim sənin yerində olsaydı, bəzi əməllərinə görə ən az 20 il adam içinə çıxmazdı. Bəsdir!. Şöhrətpərəstliyə, qisasçılığa, kinliliyə, adamları şantaj etməyə, bu gün qoyduğun tənqidi yazını silib, sonra həmin şəxsi reklam etməyə və digər bəd əməllərə son qoy! Hər addımınla özünü yandırırsan. Nə sən, nə də ətrafındakılar biizim xeyirxah işlərimizə - ensiklopediya, şəhidlər kitabı, istedadlara qayğı, qızların təhsilinə diqqət, saysız-hesabsız xeyriyyə aksiyaları və s. kölgə sala bilməz.

 

 

Biz Masallı ensiklopediyasını araya-ərsəyə gərirmək üçün “Allah, Məhəmməd ya Cəfər!” deməmişik, “Allah, Məhəmməd ya Əli!” demişik. Sizin məntiqinizdən belə çıxır ki, siz və sizin kimilərin harada adları yoxdur, hara sizi dəvət etməyiblər ora bərbaddır.

 

 

“Masallı ensiklopediyası” rayonun tarixinin araşdırılmasında ən zəngin töhfə olacaq. Çünki bu işlə təkcə rayonun yox, bölgənin peşəkar mütəxəssisləri məşğuldur. Bizə atdığınız “yırtıq papaqlar” isə lax yumurta kimi getdiyiniz əyri yolları daha da sürüşkən edəcək. Özünüz bir yana, sizi himayə edənlərə, sizə dəstək verənlərə vallah adamıın yazığı gəlir.

 

Görürsünüzmü Cəfər bəy, ictimaiyyətə nə qədər qeyri-dürüst, yanlış məlumatlar verirsiniz. İbrət götürün, öyrənin, qurub-yaradın. Onu-bunu şantaj etmək, başqalarında eyib axtarmaq, işıqlı insanları qaralamaq heç kəsə bəxtəvərlik gətirməz. Əminəm ki, sizə ünvanladığım fikir və tövsiyələrdən doğru-düzgün nəticə çıxaracaq və gələcəkdə əməli işlərində dönüş yaradacaqsan.Canveten.az

 

 

10 İyul 2021

 

Xodaşirin Cəbiyev

Provizor-təşkilatçı, homotoksikoloq, yazıçı-publisist, jurnalist-araşdırıcı, tərcüməçi, poliqlot, şair, musiqiçi-ifaçı, bəstəçi

canveten.az

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]