Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzində fortepiano üzrə kurslar fəaliyyətə başlayır - FOTO

Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzində fortepiano üzrə kurslar fəaliyyətə başlayır - FOTO

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində mədəniyyətin müxtəlif sahələrinə dair çoxsaylı kurs və dərnəklər fəaliyyət göstərir. Yerli azərbaycanlıların, habelə Daşkənd şəhər sakinlərinin istəklərini nəzərə alınaraq Azərbaycan Mədəniyyət Mərkəzində  uşaq və yeniyetmələr üçün fortepiano üzrə musiqi kursları açılır.


Fortepiano kursunu azərbaycanlı peşəkar musiqiçi – Asəf Zeynallı adına Bakı Musiqi Kollecində təhsil almış təcrübəli fortepiano müəllimi Günay Əliyeva tərəfindən aparacaqdır. İştirakçılar Mədəniyyət Mərkəzi tərəfindən nəşr və digər əyani vasitələrlə təmin edilir.


Xüsusi bir təlim kursu sayəsində uşaqlar və yeniyetmələr fortepiano musiqi aləti ilə  ifanın onun sirlərinə yiyələnəcəklər. Kurslarda tədrisə musiqi duyumunun inkişafı, ritmin inkişafı, pianoda ifa etmək texnikası və metodikası, notla ifa etmək üsulu və qaydaları daxildir.


Musiqi təhsilini başa vurduqdan sonra uğur qazanan tələbələrə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin diplomları və sertifikatları veriləcəkdir.


Azərbaycan Mədəniyyət Mərkəzində fəaliyyət göstərən fortepiano kurslarında iştirakçılar praktiki olaraq Azərbaycan, Özbək və dünya klassiklərinin əsərlərinin ifası üzrə məşğələlər keçəcəklər.


Kurslarda iştirak edəcək istedadlı uşaqlar mütəmadi olaraq Mədəniyyət Mərkəzinin layihələrinə, habelə keçirilən tədbirlərə, müsabiqələrə cəlb olunacaqlar.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]