Faiq İsmayılov: Ermənilər Şuşada körpü təmir edirlər

Faiq İsmayılov: Ermənilər Şuşada körpü təmir edirlər

Faiq İsmayılov: Ermənilər Şuşada körpü təmir edirlər

 

44 günlük vətən müharibəsi qələbəsindən sonra Rus “sülhməramlıları”nın müvəqqəti nəzarəti altında olan ərazilərdə erməni vandalizmi yenidən bərpa olunub. Ermənilər yenidən məskunlaşdıqları ərazilərdə tarix və mədəniyyət abidələrinin formalarının dəyişdirilməsi, xristianlıq dövrü abidələri üzərindən alban elementlərinin silinməsi işləri ilə məşğul olurlar. Onların bu fəaliyyəti qarabağın bütün bölgələrini əhatə edir. Bu Qarabağ Mədəniyyətinin məhvinə yönəlmiş çox təhlükəli addımdır.

 

Ermənilər Xocalı rayonunun Dağbulaq kəndi ərazisində kurqanları texnikanın köməyi ilə dağıdaraq yerdə qalan saxsı parçalarını, insan sümüklərini və digər əşya və dəlilləri toplayaraq ərazidən uzaqlaşdırırlar.


 

 

Hadrud, Martuni, Ağdərə ərazilərindəki meşələrə, bulaqların ətrafına, insanların daha çox diqqətini çəkən yerlərə kustar üsulla hazırladıqları xaç daşlarını düzürlər.

 

 

Ermənilər Qarabağdakı tarix və mədəniyyət abidələrimizin formalarının dəyişdirilməsi onlara yeni görkəm verərək erməni mədəniyyətinin nümunələri kimi təbliğ etmələri adi hal alıb. Ermənilər Rus sülhməramlılarının dəstəyi ilə Xocalı rayonu ərazisindəki Əsgəran Qalasında və Xocavənd rayonu ərazisindəki Amaras Monastırında bu kimi qeyri-qanuni fəaliyyətlə məşğul olurlar.

 

 

 

Ermənilər cəzasız qaldıqca öz vandal fəaliyyətlərinin coğrafiyasını getdikcə çöyüdür, daha geniş əraziləri əhatə edirlər. Onlar bu yaxınlarda Şuşa şəhərinin Cıdır düzü meydanından Qarqarçayın axarı istiqamətində, Daşaltı dərəsinin rus sülhməramlılarının nəzarət etdikləri hissəsindəki qədim körpünün təmirini həyata keçirirlər.

 

Körpü. 1720- ci ildə inşa edilən Qarabağın ən baxımlı memarlıq nümunələrindəndir. Bu abidənin heç bir ehtiyac olmadığı halda təmir edilməsi, bir tərəfdən Qarabağda “Artsax” adlı bir qurumun hələ yaşadığını dünyaya nümayiş etdirməkdirsə, digər bir tərəfdən Azərbaycan Mədəniyyətinə tətbiq edilən vandalizm aktıdır.

 

 

 

 

Faiq İSMAYILOV
AMEA A.Bakıxanov adına Tarix İnstitunun əməkdaşı.

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]