Mədəniyyət işçiləri növbəti təmizlik aksiyası təşkil ediblər- (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir, +FOTO=3)

Mədəniyyət işçiləri növbəti təmizlik aksiyası təşkil ediblər- (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir, +FOTO=3)

Mədəniyyət işçiləri növbəti təmizlik aksiyası təşkil ediblər-  (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir, +FOTO=3)

 

Sentyabrın 3-də Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və aparatı və Cəlilabad rayonunda fəaliyyət göstərən müəssisələrin əməkdaşlarının iştirakı ilə növbəti təmizlik aksiyası keçirilib. Tarixi abidə ərazilərində təmizlik-abadlıq işlərinin görülməsi, həmçinin abidələrin ölkə mədəniyyəti üçün əhəmiyyətinə ictimaiyyətin diqqətinin cəlb edilməsi məqsədi daşıyan iməcilik tədbirləri bu dəfə rayonun Günəşli kəndindəki tarixi-dini abidənin ərazisində təşkil edilib.

 

Aksiya müddətində XIX əsrə aid olan kilsənin ərazisi və daxili kollardan və tullantılardan təmizlənib.

 

Qeyd edək ki, rus pravoslav dini icmasına mənsub olmuş tikili ölkə əhəmiyyətli tarixi-memarlıq abidələrinin siyahısına daxil edilib, tarixi abidə və ölkədəki dini tolerantlığın nümunəsi kimi mühafizə olunur. Əlavə edək ki, sözügedən dini abidə rayon ərazisində mövcud olan xristian məbədləri arasında həcm və memarlıq quruluşuna görə fərqlənir.

ƏLİHÜSEYN ŞÜKÜROV.

 

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]