Asəf Quliyev: KORONAVİRUS, MƏN VƏ VAKSİN

Asəf Quliyev: KORONAVİRUS, MƏN VƏ VAKSİN

 KORONAVİRUS, MƏN VƏ VAKSİN

 

Artıq düz bir həftədir ki, COVID19-a yoluxmuşam. Amma yoluxmadan düz 4 ay əvvəldən başlayacam....
4 ay əvvəl vaksinləşmə üçün yaş həddim imkan verən kimi ləngimədən vaksin vurdurdum. Hər iki dozanı. Bəzi dostlarımızın kospiroloji nəzəriyyələrin yaratdığı cahillik burulğanına düşüb hələ də vaksindən yayınmaq cəhdini heç anlamıram və hesab edirəm ki, bunda Azərbaycan səhiyyəsinin iki mühüm təşkilatı – Səhiyyə Nazirliyi və TƏBİB-in informasiya siyasətinin düzgün qurulmamasının da təsiri var. Bu təşkilatların informasiya siyasətinə məsul insanlar hələ də kütləvi inam yaratmağa nail ola bilməyiblər. Ümumiyyətlə COVID bəlasına qarşı aparılan informasiya siyasətində hər iki təşkilatın işi sıfır. Görünür onların bir-biri ilə pərdəarxası savaşı bu şəraitin əsas səbəbidir.
Beləliklə 4 ay əvvəl vaksin vurdurdum. Ötən şənbə günü hərarət 38-i keçəndə artıq yoluxduğuma əmin idim. Amma bu əminlik vay-şivən üçün yox adekvat tədbirlər üçün motivasiya yaradırdı. Ənənəvi qriplə hansı formada mbarizə aparırdımsa bu dəfə də həmən üsulla başladım. Çoxlu çay və yaxşıca tərləyənə qədər idman. Təbii ki, ev şəraitində.
Maraqlısı o oldu ki, iy və dad reseptorlarım sıradan çıxmadı.
Lakin hər iki əlimin şəhadət barmaqlarının birinci buğumunda olan uyuşmanı qanın qatılaşmağa meyllənməsinin əlaməti kimi qəbul elədim.
Beləliklə hərarət, əzələ ağrısı və şəhadət barmağımda uyuşmadan başqa heç nə hiss etmədim. İdman, çoxlu maye, Vitamin C (Gündə bir tablet) və KardioMaqnil (Gündə bir tablet) adlı dərimanla cəmi iki günə virusu nəzarətə aldığımı anladım.
Sözsüz ki, bu 4 ay əvvəl vurdurduğum vaksinin sayəsində mümkün olmuşdu. Və cəmi bir həftə keçməmiş özümü çox normal hiss etməyə başladım. 6-cı günün tamamında nə hərarət, nə əzələ ağrısı qalmamışdı.
Bu xəstəliyyə yoluxduqdan sonra mənə bir daha aydın oldu ki, Azərbaycan cəmiyyətində COVID 19 barədə olan məlumatlar çox bəsitdir. Və bunun nəticəsidir ki, yoluxma və ölüm çoxaldı. Halbuki Azərbaycana olan şəraitlə yoluxmanı da yoluxanlar arasında ölüm sayını da minimal həddə saxlamaq olardı.
COVID haqda KİV sanki gecə gündüz danışır, amma əslində heç nə demir. Əgər gecə-gündüz COVID barədə danışanlar özləri “inkubasiya dövrü”nün nə demək olduğunu, yeni ştamların ilkin ştamdan necə fərqləndirrildiyini, dünyada qəbul olunmuş 5 vaksinin fərqlərini və bu kimi ilk baxışda bəsit görünən məlumatları bilmirlərsə onlar auditoriyanı necə maarifləndirə bilərlər. Əgər kütlə qarşısındakının nə olduğunu bilmirsə onunla necə rəftar edəcək?
Çox bısit bir misal: Az-çox tibbi və bioloji bilgisi olanlar bilir ki, antibiotik viruslar üçün əks göstəricidir. Amma mən yoluxandan sonra bir xeyli adam mənə “Tez antibiotik başla” məsləhətini verdi. Təbii ki, mən bunu etmədim. Və əminəm ki, yoluxub özünü müalicə ilə məşğul olub vəziyyəti pisləşənlərin çoxu məhz buna görə kritik duruma dşüb. Doğrudur sonuncu mərhələdə virusun yaratdığı fəsadları aradan qaldırmaq üçün antibiotikdən istifadə olunması mümkündür, amma viris bədənə düşən kimi onu antibiotiklə həyəcanlandırıb vəziyyəti qəlizləşdirmək olmaz...
Sözüm odur ki, gec də olsa insanalrı inandlrmaq və maarifləndirmək lazımdır. Əks təqdirdə hələ bu COVID-lə çox vaxt itirməli olacağıq.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]