Onun əlvan dünyası - FAZİL ABASQULUZADƏ - 60

“Onun əlvan dünyası” - FAZİL ABASQULUZADƏ - 60

 “Yurdun sinəsində ürəkdir Şuşa”

 

 

Sumqayıtda yaşayıb-yaradan Əməkdar mədəniyyət işçisi, Rəssamlar İttifaqının üzvü, Beynəlxalq Rəssamlar Fondunun üzvü, xalçaçı rəssam FAZİL ABASQULUZADƏ-nin 60 illiyi münasibətilə şair Kəramət Əmirlinin onun dilindən yazdığı şeir:

 

 

 

 


RƏNGLİ DÜNYAM


Rəngli saplar arasında keçdi ömrüm,
Hər bir rəngdən rəng götürdü, içdi ömrüm.
Xalçaların üzərindən min bir naxış biçdi ömrüm,
Usanmadım, çəkinmədim, gözlərimi qamaşdıran,
Bu rənglərin İstisindən, soyuğundan.
Büdrəmədim, yıxılmadım qəvvas oldum bu dəryada,
İlmə-ilmə incilərin tapıb düzdüm, istedadın qayığıynan.
Şöhrət tapıb, ad almışam, zəhmətiylə əllərimin,
Hər görəndə sevinmişəm bəhrəsinə illərimin.
Düşünmüşəm, daşınmışam bir nöqtəyə zillənəndə baxışlarım,
Xəyalımda işləmişəm göz oxşayan,
ürək açan yeni-yeni naxışların.
Qaynar qəlbin atəşindən bəhrələnib
Xəlil Rza harayına hay vermişəm.
Gözlərimin nurun qatıb "Odlar yurdu" əsərimə,
Öz xalqıma, millətimə pay vermişəm.
"Odlar yurdu" əsərimdən od almışam,
İlmə-ilmə bir xalçanın üzərində tablosunu yaratmaqla,
İllər boyu bir birinə həsrət çəkən dahilərin,
Mən Səmədin, Süleymanın, Bəxtiyarın,
Dahi şair Şəhriyarın həsrətinə son qoymuşam.
İşlədiyim bu xalçalar öz könlümün istəyidir,
Neçə- neçə qız-gəlinin köməyidir, əməyidir.
Azərbaycan Xalq şairi Zəlimxanın şeirləri,
Göz oxşayan ilmələrin bəzəyidir.
Günü günə calamışam, dərtləşmişəm dərdlərimlə,
Öz içimdən boylanmışam, boy atmışam.
Qarabağın dərd yükünü, otuz illik həsrətini,
Mən sinəmdə yaşatmışam, ilmələrdə yaşatmışam.
Bax beləcə yaşamışam həyatımın hər anını,
Baharını, payızını, şaxtasını, boranını.
Şükr edirəm Allahıma, dünənimə, bu günümə,
Xoş niyyətli insanları çıxartdığıyçün önümə.


KƏRAMƏT ƏMİRLİ

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]