SARS-CoV-2 virusuna qarşı hazırlanmış vaksinlərin strukturu, mexanizmləri və səmərəliyinə dair məqalə dərc edilib

SARS-CoV-2 virusuna qarşı hazırlanmış vaksinlərin strukturu, mexanizmləri və səmərəliyinə dair məqalə dərc edilib

Bakı Dövlət Universitetinin Mikrobiologiya və Virusologiya elmi-tədqiqat laboratoriyasının müdiri, professor Xudaverdi Qənbərovun həmmüəllif olduğu elmi məqalə Web of Science Clarivate Analitics elmmetrik beynəlxalq bazasına daxil olan yüksək impakt faktorlu jurnalda dərc olunub.

 

SARS-CoV-2 (COVID-19) vaccines structure, mechanisms and effectiveness: A review (SARS-CoV-2 virusuna qarşı hazırlanmış vaksinlərin strukturu, mexanizmləri və səmərəliyi: icmal) adlı icmal məqalə İmpakt faktoru 6.953 (Q1 kvartil) olan İnternational Journal of Biological Macromolecules (2021,188, P.740-750) jurnalında çap olunub.


Dünya iki ilə yaxındır ki,  COVID -19 virusunun yüksək ölümlə nəticələnən fəsadlarından əziyyət çəkir. Virusun yayılmasını minimuma endirmək üçün təklif olunan profilaktik tədbirlərlə yanaşı, xəstəliyin qarşısını almaq üçün müxtəlif vaksinlərin hazırlanması istiqamətində çoxtərəfli səylər göstərilir. Hazırda bir neçə vaksinin hazırlanması başa çatmış, onların təhlükəsizliyi və səmərəliyi ilkin olaraq göstərilmişdir. Moderna, NIAID, BioNTech və Pfizir vaksinlərinin kliniki sınaqları, onların yüksək təhlükəsizliyini və səmərəliyini  müəyyən etmişdir. Məqalədə mövcud COVID -19 vaksinlərinin quruluşu, mexanizmləri və səmərəliyi müqayisəli şəkildə analiz edilmişdir.


Məqalə ilə tanış olmaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz:
 https://doi.org/10.1016/j.ijbiomac.2021.08.076
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]