Ballıqaya faciəsinin şahidləri AzTV-də danışacaq –Yeni film +VİDEO

Ballıqaya faciəsinin şahidləri AzTV-də danışacaq –Yeni film +VİDEO

Ballıqaya faciəsinin şahidləri AzTV-də danışacaq –Yeni film  +VİDEO

 

Azərbaycan Televiziyası Ballıqaya faciəsinin 29-cu ildönümü ilə əlaqədar film hazırlayıb.

 

Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, film “Mən şahidəm” adlanır.

 

“Mən şahidəm”də 1992-ci il avqustun 28-də Goranboyun Ballıqaya ərazisində məskunlaşmış laçınlıların ermənilər tərəfindən qətlə yetirilməsindən bəhs edilir. 6 aylıq Canpoladdan 93 yaşlı Zeynəb nənəyədək 24nəfərin öldürülüb yandırıldığı soyqırımın şahidləri danışacaqlar.

 

“Telefilm”in istehsalı olan filmin quruluşçu rejissoru Pərviz Həsənov, ssenari müəllifi Afaq Əhmədova, quruluşçu operatoru Cavid Əliyev, səs rejissoru Əliabbas Qasımov, prodüseri Fatimə Əzimova, layihə rəhbəri isə Elçin Musaoğludur.

 

Filmin çəkilişləri Ağcabədi, Bərdə və Goranboy rayonlarında aparılıb.
“Mən şahidəm” avqustun 28-i saat 22:00-da AzTV-də yayımlanacaq.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]