Elm və Texnologiya Parkı MMC kənd təsərrüfatında tətbiq olunan pilotsuz uçuş aparatı istehsal edib +FOTO=5

“Elm və Texnologiya Parkı” MMC kənd təsərrüfatında tətbiq olunan pilotsuz uçuş aparatı istehsal edib +FOTO=5

“Elm və Texnologiya Parkı” MMC kənd təsərrüfatında tətbiq olunan pilotsuz uçuş aparatı istehsal edib +FOTO=5

 

AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan “Elm və Texnologiya Parkı” MMC-nin istehsal etdiyi pilotsuz uçuş aparatı (PUA) (NF-10) ilə Neftçala rayonunda fərdi fermer Rahim İmanova məxsus pambıq sahəsində uçuş keçirilib.

 

Görüşün əsas məqsədi müəssisənin istehsal etdiyi dronun, həmçinin multispektral kamera vasitəsilə çəkilişlərin və PUA-nın pambıqçılıqda tətbiqi imkanlarını nümayiş etdirməkdir.

 

Uçuş missiyası 20 hektar sahədə, 37 dəqiqə davam edib. PUA-ya birləşdirilən multispektral kamera (MicaSense RedEdge-M) vasitəsilə şəkillər əldə olunub. Fotoşəkillər “Agisoft Photoscan” proqram vasitəsilə emal edilib və sahə üzrə vegetasiya indeksi müəyyənləşdirilib.

 

Hazırda kənd təsərrüfatında geniş tətbiq edilən müasir və dəqiq texnologiyalardan biri NVİF (Normallaşdırılmış Vegetativ İndeks Fərqi) - NDVI (Normalized Difference Vegetation Index) analizidir.

 

Bu texnologiya kənd təsərrüfatı sahələrinin xüsusiyyətlərini, aqrokimyəvi tərkibini təhlil etmək imkanları yaradır. Bu xidmət əkin sahələrinin səmərəliliyinin artırılması, maya dəyərinin azaldılması, ətraf mühitin qorunması və məhsuldarlığın artırılmasına yönəlmiş müasir texnologiyadır. Kənd təsərrüfatı sahəsində multispektral analizin məqsədi fermerlərə əkin sahəsində görə bilmədiklərini müşahidə etmək, bitkilərin səmərəliliyini və sağlamlığını təyin etmək imkanının təqdim olunmasıdır. Müntəzəm olaraq NVİF analizi sayəsində kənd təsərrüfatı sahələrində dəyişikliklər dinamikasını izləmək, həmçinin torpaq sahələrinin məhsuldarlığı və münbitliyini müəyyən etmək mümkündür. NVİF həm də bitki örtüyünün sıxlığını xarakterizə edir ki, bu da bitkişünaslara (aqranom) bitkilərin cücərmə və böyümə vəziyyətini, torpaq sahəsinin məhsuldarlığını qiymətləndirməyə imkan yaradır.

 

Mütəxəssislər NVİF vasitəsilə bitki örtüyünün bütün torpaq sahəsində, həm də onun ayrı-ayrı hissələrində kəmiyyət cəhətdən qiymətləndirilməsi, məhsuldarlığın hesablanması, bitkilərin cücərməsinin və böyüməsinin müşahidəsi, eləcə də torpaq sahələrinin məhsuldarlığının təhlil olunması imkanı əldə edirlər.

 

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]