AÇ-dan DK-ya aparan yol Yalnız Gülnar Məmədova DK-ya vəsiqə qazanıb - İNTİQAM təqdim edir (AZpress.AZ)

AÇ-dan DK-ya aparan yol Yalnız Gülnar Məmədova DK-ya vəsiqə qazanıb - İNTİQAM təqdim edir (AZpress.AZ)

 ŞAHMAT
-------------------------------------------------------------
AÇ-dan DK-ya aparan yol
Yalnız Gülnar Məmədova DK-ya vəsiqə qazanıb

 

 

9-20 avqust günlərində Rumıniyanın Yassax şəhərində qadın şahmatçılar arasında dünya Kubokuna seçmə xarakterli fərdi Avropa çempionatı keçirilib. Çempionatda 10 Azərbaycan şahmatçısı da daxil olmaqla 117 zəka sahibi medallar və Dünya Kubokuna (DK) vəsiqə uğrunda mübarizə aparıb. Təəssüflər olsun ki, AÇ-ya qatılan 10 şahmatçımızdan heç biri mükafatçılar arasında yer ala bilməyib. İsveçrə sistemi üzrə keçirilməklə 11 turdan ibarət olan və mükafat fondu 10 min avro təşkil edən çempionatda yeganə təsəllimiz Gülnar Məmmədovanın 7.5 xalla 6-cı yeri tutması və bu nəticəyə görə Dünya Kubokuna vəsiqə qazanması olub. Xatırladaq ki, Məmmədova uzun müddət liderlər qrupunda olsa da, həta bir ara liderliyiyə yüksəlsədə sona qədər mövqeyini qoruya bilməyib. Digər təmsilçilərimizə gəlincə, Günay Məmmədzadə 7 xalla 15-ci, Xanım Balacayeva 6,5 xalla 28-ci, Gövhər Beydullayeva 6 xalla 41-ci, eyni xal toplayan Türkan Məmədyarova isə 52-ci yeri tutub. Hərəyə 5,5 xal toplayan Ülviyyə Fətəliyeva, Zeynəb Məmmədyarova və Xəyalə Abdula müvafiq olaraq, 53, 58 və 68-ci olub. Ayan Allahverdiyeva (5 xal) çempionatı 86-cı, Nəsrin Babayeva (4,5) isə 92-ci pillədə başa vurub.

İNTİQAM Məmədov

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]