Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin doğum günü ilə əlaqədar anım mərasimi keçirilib -(AZpress.AZ- Ş.ƏLİHÜSEYN, +FOTO=3)

Avqustun 16-da Vətən Müharibəsi Qəhrəmanı, şəhid İntiqam Əsgərlinin doğum günü ilə əlaqədar rayonun Viləş kəndində anım mərasimi keçirilib. Mərasimdə millət vəkilləri, rayon rəhbərliyi və digər yerli rəsmilər, media təmsilçiləri, ictimai birlik nümayəndələri, rayon sakinləri və digərləri iştirak edib.

Əvvəlcə, Nurlan və İntiqam Əsgərli qardaşlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə kənd ərazisində inşa olunmuş bulağın və memorial guşənin açılışı olub. Sonra ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhid qardaşların kənd qəbiristanlığındakı məzarları ziyarət olunub.

Anım tədbirində iştirak edən Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov şəhid qardaşların anası Ziba Əsgərli və digər ailə üzvləri ilə görüşüb. Şəhid vətən övladlarının ruhuna dərin ehtiramını ifadə edən İdarə rəisi, ailə üzvlərinin kədərini bölüşüb, onlara Allahdan səbir diləyib.

ƏLİHÜSEYN ŞÜKÜROV.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]