Üç güləşçimiz DÇ-nin finalında büdrəyib - İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Üç güləşçimiz DÇ-nin finalında büdrəyib - İNTİQAM təqdim edir (AZpress.AZ)
Rusiyanın Ufa şəhərində gənc güləşçilər arasında Dünya Çempionatı keçirilir. Sərbəst güləşçilərin çıxışı ilə start götürən çempionatın ilk günü Azərbaycan yığmasının 5 üzvü mübarizəyə qatılıb ki, onlardan üçü - Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (70 kq) və Əşrəf Əşrəfov (79 kq) uğurla çıxış edərək mükafatçılar arasında yer alıb. Hər 3 təmsilçimiz yalnız həlledici finalda büdrəyərək, çıxışını ikinci yerdə başa vurub və gümüş medalla kifayətlənib. Birinci gün döşək üzərinə çıxan daha bir təmsilçimiz - Nurəddin Novruzovsa (57 kq) bürünc medal uğrunda mübarizədə uduzub. Çempionatın bu günə təsadüf edən ikinci günü daha 5 güləşçimiz mübarizəyə qatılıb. Təəssüflər olsun ki, onlaran yalnız biri - Aydın Əhmədov (125 kq) yarımfinala qədər irəliləyə bilib. O. sabah bürünc medal uğrunda kiçik finala çıxacaq. Digər təmsilçilərimiz - Əbülfəz Nəsirov (61 kq), bu günlərdə Tokio-2020-də ölkəmizi təmsil edən Turan Bayramov (74 kq) və Abdulcəlil Şabanov (92 kq) bürünc uğrunda təsəlliverici görüşlərə qatılacaq.
İNTİQAM Məmmov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)