BDU-nun rektoru Olimpiya mükafatçısı Hacı Əliyevlə görüşüb

BDU-nun rektoru Olimpiya mükafatçısı Hacı Əliyevlə görüşüb

Bakı Dövlət Universitetin (BDU) rektoru Elçin Babayev BDU-nun Hüquq fakültəsinin 2021-ci il məzunu, Azərbaycanın sərbəst güləşçisi, Tokio-2020 Yay Olimpiya Oyunlarında ölkəmizə gümüş medal qazandıran Hacı Əliyevlə görüşüb.


Rektor Elçin Babayev ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etdiyinə, olimpiadada əldə etdiyi yüksək nəticəyə görə Hacı Əliyevi təbrik edib. Görüşdə rektor ölkəmizdə idmanın inkişafına dövlət qayğısından söhbət açaraq Azərbaycanın dünyada artıq idman ölkəsi kimi tanındığını, ölkəmizdə olimpiya hərəkatının sürətlə inkişaf etdiyini bildirib. E.Babayev idmançı tələbənin nailiyyətlərini yüksək qiymətləndirərək, Azərbaycan bayrağını dəfələrlə yüksəklərə qaldırdığına görə H.Əliyevə təşəkkürünü bildirib, gələcək fəaliyyətində və peşəkar idman həyatında yeni uğurlar arzulayıb.


Hacı Əliyev göstərilən diqqətə, həmçinin dəyərli tövsiyələrinə, o cümlədən BDU-da təhsil alan gənc idmançılara göstərilən qayğıya görə rekror Elçin Babyevə təşəkkürünü bildirib.


Sonra rektor üçqat dünya və üçqat Avropa çempionu, Tokio-2020 Olimpiya oyunlarının gümüş mükafatçısı Hacı Əliyevə BDU-nun Fəxri Fərmanını, həmçinin onun ali təhsil haqqında diplomunu və hədiyyə təqdim edib.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]