Konfrans Liqasında klublarımızın taleyi kimlərə tapşırılıb? - İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Konfrans Liqasında klublarımızın taleyi kimlərə tapşırılıb? - İNTİQAM təqdim edir (AZpress.AZ)
Futbol üzrə UEFA Konfrans Liqasının pley-off mərhələsində ölkəmizi təmsil edən "Neftçi" və "Qarabağ" klubunun oyunlarını idarə edəcək hakimlərin adları bəlli olub. "Neftçi"nin "Makkabi" (Hayfa, İzrail) ilə 19 avqust günü saat 19:00-da Bakıda başlanacaq matçını fransalı hakim Villi Delajo idarə edəcək. Ona öz həmyerliləri Medi Ramuni və Ervan Finjan yardım edəcək. Daha bir fransalı hakim Tomas Leonard isə matçın 4-cü hakimi olacaq. Avqustun 26-da saat 21:00-da Hayfa şəhərindəki "Sammi " stadionunda fiti çalınacaq cavab oyununun taleyi isə Şimali Makedoniyadan olan hakimlər briqadasına tapşırılıb. Həmin oyunda baş hakim olacaq Aleksandr Stavrevə laysmanlar - Deyan Kostadinovla Qotse Petreski cütlüyü kömək edəcək. Matçın 4-cü hakimi isə Deyan Yakimovski olacaq.
Avqustun 19-da saat 20:00-da Tofiq Bəhramov adına stadionda başlanacaq "Qarabağ" - "Aberdin" (Şotlandiya) matçını sloveniyalı hakimlər briqadası idarə edəcək. Baş hakim Rode Obrenoviçə laysmanlar - Yure Peraprotniklə Aleksandr Kasapoviç yardım edəcək. Matçın 4-cü hakimisə Asmir Saqrkoviç olacaq. Avqustun 26-da keçiriləck "Aberdin" - "Qarabağ" matçını isə Avstriyadan olan ədalət qoruyucuları idarə edəcəklər. Xarld Lexnerin baş hakimi olacağı oyunda Andreas Xayndrayx və Maksimilian Kolbiç yan hakim qismində meydana çıxacaq. Yulian Vaynberqersə qarşılaşmada 4-cü hakim rolunu oynayacaq. Oyun saat 22:45-də Aberdin şəhərindəki "Pittodri" stadionunda baçlanacaq.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)


